Bakıda Şəhidlər Xiyabanından Dənizkənarı Milli Parka və əks istiqamətə sərnişin daşıyan yeganə funikulyor artıq sərnişin xidməti göstərmir. Təsadüfən funikulyorun hərəkət yolu ilə gedərkən onun işləmədiyini gördük. Qatarların hərəkət zamanı yandan keçmə yerində iki vaqonun dayandığını və bir neçə ustanın orada nə isə iş gördüyünü görüb onlara yaxınlaşdıq. Məlum oldu ki, funikulyor müvəqqəti olaraq təmirə dayanıb.
Həmçinin öyrəndik k, təmirdən sonra vaqonların rəngi dəyişdiriləcək, salonu və xarici görünüşündə müəyyən dəyişiklik ediləcək.
Təmir işləri təxminən 10 gün davam edəcək.
Qeyd edək ki, Bakı funikulyoru 1960-cı ilin may ayında istifadəyə verilib. Keçmiş sovet ittifaqı dövründə funikulyor 456 metr hendürlüyünə və görkəminə görə 1-ci yeri tuturdu. 80-ci illərin sonlarında qəza vəziyyətində olduğu əsas gətirilərək bağlanıb və 2001-ci ilin sonunda təmir edilərək yenidən istifadəyə verilib.
//Ans Press