"2020-ci ildəki Olimpiya oyunlarına namizəd olan Azərbaycanı türk memarlar olimpiadaya hazırlayır. Bakının ilk olimpiya stadionunun tikintisini üzərinə götürən TOCA 64 min yerlik arenanın inşaasına başlayıb. Azərbaycanın paytaxtı Bakıda həyata keçirilən stadion ölkənin neft şirkəti - SOCAR (ARDNŞ) tərəfindən inşaa etdirilir", deyə yapihaberleri.net saytı yazır.
Tikinti işləri ilə bağlı açıqlama verən TOCA Memarlıq ofisindən memar Erdinç Çiftçi 1 milyard dollara başa gələcək stadionun 36 ay müddətində tikiləcəyini və 2015-ci ildə istifadəyə hazır olacağını bildirib.
Türk saytı olimpiya stadionun eskizini də təqdim edib. Bakının Böyük Şor gölü adlanan ərazisində inşa olunan stadion FİFA standardlarına cavab verəcək.