Bakıda 13 yaşlı hamilə qız

MARAQLI
19:26 04.03.2011
2696
Lent.az-ın yaydığı məlumata görə, martın 3-də D.Məlikov adına xəstəxananın həkimlərinin apardığı müayinədən sonra 14 yaşı hələ tamam olmamış qızın hamilə olduğu aydınlaşıb.

Xəstəxananın doğum şöbəsinin müdiri Pəri Abbasova Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Təzə məhəllədə yaşayan Ş.Q-yeva 2 aylıq hamilə olub. Şöbə müdirinin sözlərinə görə, hamilə qız artıq ailəlidir. Xəstəxanaya gətirilərkən yanında həyat yoldaşı və qayınanası da olub. Hətta məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilərkən qızın qayınanası buna etiraz edib. Qayınana deyib ki, onlarda qızları tez ərə vermək adətdir və burada heç bir qəbahət yoxdur.

Məsələ ilə bağlı Binəqədi rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, idarəyə belə bir məlumat daxil olmayıb, heç bir araşdırma aparılmır 

OXŞAR XƏBƏRLƏR