Bakıda bir qadınının üçəm övladı dünyaya gəlib.
Oksigen Klinikasında dünyaya gələn körpələrdən 2-si qız, 1-i oğlandır. Oğlanın çəkisi 2,5 kq, boyu 50 sm, qızların isə hər biri 2 kq, boyları 45 sm-dir. Uşaqlar hamiləliyin 8-ci ayında qeysər kəsiyi əməliyyatı ilə dünyaya gəliblər. Həkimlər ananın və uşaqlarının vəziyyətinin normal olduğunu, onların martın 14-də evə buraxılacağını deyiblər.
Qeyd edək ki, uşaqların valideynləri 6 il əvvəl evlənsə də, indiyədək övladları olmayıb.