Bakıda avtobusu aşdı: 9 nəfər yaralandı

MARAQLI
06:16 10.08.2011
1812
Qaradağ rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Lökbatan qəsəbəsindən Puta kəndinə doğru hərəkət edən, 91 saylı xətt üzrə işləyən 10 VZ 981 nömrəli “Mercedes” markalı marşrut avtobusu aşıb. Nəticədə avtobusda olan 9 nəfər xəsarət alıb.

Yaralılar hadisə yerinə cəlb edilmiş təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıb.

OXŞAR XƏBƏRLƏR