Bakıda bu gün 37 dərəcə isti olacaq

MARAQLI
19:47 16.07.2011
1609
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyulun 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27 dərəcə isti, gündüz 33-37 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarına gəlincə, iyulun 17-də əsasən gecə və axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüz 33-38 dərəcə isti, dağlarda gecə 13-18 dərəcə isti, gündüz 22-27 dərəcə isti təşkil edəcək.

OXŞAR XƏBƏRLƏR