Bakıda Hava Limanında cənazə qalmaqalı

MARAQLI
19:02 24.02.2011
2668

 

AZXEBER.COM portalının “xəzərxəbər”ə istinadən verdiyi xəbərə görə, hava limanında cənazə tapmacası... Qazaxıstandan Bakıya gətirilən Azərbaycan vətəndaşının cənazəsi texniki səhv ucbatından yenidən geriyə qaytarılıb.

Ürək çatışmazlığından vəfat edən 48 yaşlı Vilayət Yusubovun cənazəsini öz həyat yoldaşı "Astana eyr" şirkətinə məxsus təyyarə ilə Bakıya gətirib. Onun dediyinə görə Heydər Əliyev adına hava limanına endikdən sonra yük terminalından cənazəni götürmək istədikdə cənazəni gördüm deyən olmayıb.

Maraqlı burasıdır ki, hava limanında mərhumun yoldaşına ona cənazənin artıq Heydər Əliyev adına hava limanında olduğunu göstərən sənəd də verilib.

Daha sonra yenidən Qazaxıstan hava yolları ilə əlaqə saxlayan mərhumun qohumlarına bildirilib ki, cənazə Bakıda hava limanındakı texniki səhv ucbatından yenidən Qazaxıstana qaytarılıb.

Hava limanı yük terminalından hadisə ilə bağlı məlumat almaq istəsək də telefona cavab verən olmadı. Terminaldan mərhumun yaxınlarına bildirilib ki, cənazə 2 gün sonra gətiriləcək. Çətin vəziyyətə düşən Yusubovlar ailəsi isə əlaqədar qurumların işə qarışması ilə cənazənin daha tez vaxtda vətənə qaytarılmasını istəyir.

OXŞAR XƏBƏRLƏR