Hadisə T. Şıxəliyev və Kazımzadə küçələrinin arasında yerləşən ərazidə qeydə alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu fakt nazirliyə daxil olmuş şikayəti araşdırarkən məlum olub. Yanğın zamanı 15 ədəd yaşköküstə çoxillik Eldar şamı cinsli ağaclar boy inkişafı dayanacaq dərəcədə yanıb. Baş vermiş yanğına səbəb isə ağacların yerə tökülmüş yarpaqlarının yandırılması olub.