Bakıdakı yol qəzaları kameralarda (VİDEO)

MARAQLI
07:00 17.07.2011
1591

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, yanvar- yun aylarında Bakıda 670 yol qəzası qeydə alınıb və nəticədə 151 nəfər ölüb, 738 nəfər xəsarət alıb. Bu müddətdə qeydə alınan qəzalar, ölüm və xəsarət faktları ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 hadisə, 9 xəsarət artıb, ölüm faktı isə stabil qalıb.

Hadisələr əsasən sürət həddinin aşılması, ötmə və manevr etmə qaydalarının pozulması nəticəsində baş verib. Sürət həddinin aşılmasına görə 827 hadisə, 86 ölüm, 294 xəsarət alma qeydə alınıb. Ötmə və manevr etmə qaydalarının pozulması görə isə 85 hadisə, 25 ölüm, 142 xəsarət qeydə alınıb.

Baş verən hadisələrin 51,2 faizi piyadaların vurulması olub. Piyadaların təyin olunmayan yerdən keçməsi nəticəsində 343 hadisə baş verib - bunun nəticəsində 78 ölüm, 286 xəsarət alma faktı qeydə alınıb.

Hadisələr əsasən axşam saat 20:00-dan səhər saat 06:00-dək baş verib. Bu saatlarda 850 hadisə baş verib. Bu hadisələrin 116-sı ölümlə, 618-sı isə xəsarət alma ilə nəticələnib. Hadisələrin əksəriyyəti həftənin bazar gününə təsadüf edib.

//Ans Press

OXŞAR XƏBƏRLƏR