Bakıya erməni boksçuları gəlir

İDMAN
19:00 30.04.2011
2283

Erməni əsilli 2 boksçu Bakıda keçiriləcək boks üzrə dünya çempionatında Rusiyanı təmsil etmək hüququnu qazanıblar. “News.am” saytının məlumatına görə, Ufada keçirilən Rusiya çempionatında Mişa Aloyan üçüncü dəfə dalbadal 52 kiloqram çəkidə Rusiya çempionu olub.

David Ayrapetyan isə 6-cı dəfə 49 kiloqram çəkidə Rusiya birincisi olub.

Xatırladaq ki, Bakıda keçiriləcək boks üzrə dünya çempionatı 2012-ci il London Olimpiya Oyunlarına seçmə xarakteri daşıyır. //Ans Press

 

OXŞAR XƏBƏRLƏR