"Bakcell" abunəçilərinə Qarabağ Dirçəliş Fonduna SMS-lə ianə imkanı yaradıb

"Bakcell" abunəçilərinə Qarabağ Dirçəliş Fonduna SMS-lə ianə imkanı yaradıb
İQTİSADİYYAT
12:46 14.09.2021
674

Bakcell abunəçiləri üçün Qarabağ Dirçəliş Fonduna SMS vasitəsilə ianə etmək imkanı yaradılıb. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə dəstək göstərmək istəyən abunəçilər öz mobil telefonlarından "8112” qısa nömrəsinə 1, 3, 5, 10, 20, 50 rəqəmlərini yazmaqla SMS göndərərək müvafiq olaraq, 1 AZN, 3 AZN, 5 AZN, 10 AZN, 20 AZN və 50 AZN məbləğində ianə edə bilərlər. Bakcell nömrələrindən SMS-lərin göndərilməsi üçün abunəçilərdən xidmət haqqı tutulmur!

Xatırladaq ki, bu ilin əvvəlində Bakcell şirkəti Qarabağ Dirçəliş Fonduna 1.4 milyon manat məbləğində vəsait köçürüb. Bakcell şirkətinin də daxil olduğu "NEQSOL Holding”in tərkibində olan şirkətlər tərəfindən bu fonda ümumilikdə ianə edilmiş məbləğ 2 milyon AZN təşkil edib.

Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə yaradılıb. Fərmana əsasən, Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir. ( https://qdf.gov.az/)

Qarabağ Dirçəliş Fonduna digər platformalar vasitəsilə də ianə etmək mümkündür. Ətraflı: (  https://qdf.gov.az/iane-et/)

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kapital Bank keçirilən forum, karyera sərgisi və təlimlərdə təmsil olunub
15:32 21.05.2025
Kapital Bank keçirilən forum, karyera sərgisi və təlimlərdə təmsil olunub
Səlim Bayraktarın festival tərzi gündəm oldu - FOTOLAR
15:27 21.05.2025
Səlim Bayraktarın festival tərzi gündəm oldu - FOTOLAR
Narkotik vasitə istifadəçilərinin bəzi əlamətləri
15:27 21.05.2025
Narkotik vasitə istifadəçilərinin bəzi əlamətləri
"Heç bir harınlamış müdir və müəllim valideyndən pul istəyə bilməz" - Tarix Əliyev
15:14 21.05.2025
"Heç bir harınlamış müdir və müəllim valideyndən pul istəyə bilməz" - Tarix Əliyev
“Dağıdılmış irs: səssiz şahidlər” fotoalbomunun təqdimatı keçirilib - FOTOLAR
15:11 21.05.2025
“Dağıdılmış irs: səssiz şahidlər” fotoalbomunun təqdimatı keçirilib - FOTOLAR
İlham Əliyevlə Ərdoğanın səmimi görüşü - VİDEO
15:06 21.05.2025
İlham Əliyevlə Ərdoğanın səmimi görüşü - VİDEO
Aysel atasını axtarır: Onu görmək istəyirəm - FOTO
15:01 21.05.2025
Aysel atasını axtarır: Onu görmək istəyirəm - FOTO
“Mənim balamı zülümlə öldürüb" - VİDEO
14:57 21.05.2025
“Mənim balamı zülümlə öldürüb" - VİDEO
"Sevgi bu tarixdə 12 bürcün qapısını döyəcək" - Astroloqdan AÇIQLAMA
14:48 21.05.2025
"Sevgi bu tarixdə 12 bürcün qapısını döyəcək" - Astroloqdan AÇIQLAMA
Məşhur filmin yayım tarixi bəlli oldu
14:43 21.05.2025
Məşhur filmin yayım tarixi bəlli oldu
Türkiyədə gənc anası ilə görüntülü danışarkən ÖLDÜ
14:39 21.05.2025
Türkiyədə gənc anası ilə görüntülü danışarkən ÖLDÜ
Əfqanıstanda kömür mədənində partlayış: Ölən və yaralananlar var
14:29 21.05.2025
Əfqanıstanda kömür mədənində partlayış: Ölən və yaralananlar var
Məşhur bloger Gömrük Komitəsindən şikayət etdi: "İşçilərinizin özbaşınalığı vətəndaşları boğaza yığıb!"
14:28 21.05.2025
Məşhur bloger Gömrük Komitəsindən şikayət etdi: "İşçilərinizin özbaşınalığı vətəndaşları boğaza yığıb!"
Abşeronda evə gec gələn kişi arvadının başında fincan sındırdı
14:24 21.05.2025
Abşeronda evə gec gələn kişi arvadının başında fincan sındırdı
İmişlidə qalmaqallı hadisədən sonra Ağsaqqallar Şurasına yeni sədr seçildi
14:15 21.05.2025
İmişlidə qalmaqallı hadisədən sonra Ağsaqqallar Şurasına yeni sədr seçildi
Ramiz Rövşən: " Nəzakət Teymurova dinlədiyim tək xanəndələrdəndir"
14:12 21.05.2025
Ramiz Rövşən: " Nəzakət Teymurova dinlədiyim tək xanəndələrdəndir"