Azərbaycanın ilk mobil operatoru "Bakcell" bu dəfə də istifadəçilərini təəcübləndirib.
2 iyul Polis Günündə istifadəçilərə təbrik mesajı göndərən mobil operator gülüş hədəfinə çevrilib. "Bakcell"dən polis işçilərinə gələn mesajda yazılır: "Bakcell" Daxili Doshler Nazirliyinin bütün işçilərini peşə bayramı münasibəti ilə təbrik edir!". Mobil operator bir neçə saat sonra bu mesaja görə istifadəçilərdən üzr istəyib və bu səhvi Azərbaycan əlifbasıyla əlaqələndirib. Ancaq mesajları müqayisə etdikdə görünür ki, bu heç də əlifbayla bağlı deyil.
Bu foto son günlər sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardandır və istifadəçilərin çoxu hesab edir ki, "Bakcell" bunu bilərəkdən edib.
AZXEBER.COM portalı həmin fotonu təqdim edir.