Bakcell əməkdaşları “UAFA”nın Xaçmazdakı İcma Əsaslı Reabilitasiya Mərkəzinə səfər ediblər

Bakcell əməkdaşları “UAFA”nın Xaçmazdakı İcma Əsaslı Reabilitasiya Mərkəzinə səfər ediblər
İQTİSADİYYAT
16:48 16.03.2018
2180

2010-cu ildən bəri Xaçmazda yerləşən İcma Əsaslı Reabilitasiya Mərkəzində "Bakcell”in dəstək göstərdiyi layihədən 300-ə yaxın uşaq bəhrələnib

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti özünün "Bakcell Stars” Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində "Azərbaycana Birgə Yardım” (UAFA) təşkilatı ilə birgə həyata keçirdiyi "İncəsənət vasitəsilə ünsiyyət” layihəsini davam davam etdirir.

"İncəsənət vasitəsilə ünsiyyət” layihəsinin yeni mərhələsi "UAFA”nın Xaçmaz və Yasamal İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzlərindəki xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yeni imkanlar təmin etmək məqsədi daşıyır. Layihə zamanı 80-dən çox uşaq öz maraq və seçimləri əsasında yeni bacarıqlara sahib olmaqla yanaşı, istedadını müxtəlif tədbirlərdə nümayiş etdirmək imkanı ə biləcəklər.


Mart ayının 15-də Bakcell şirkətinin əməkdaşları "UAFA”nın Xaçmazdakı İcma Əsaslı Reabilitasiya Mərkəzinə səfər edib, mərkəzin dərnəklərində iştirak edən uşaqlarla vaxt keçirib, onların hazırladıqları tamaşa və rəqsləri böyük həvəslə izləyib və təşkil edilmiş Novruz şənliklərinə qatılıblar. Uşaqlar da öz növbəsində qonaqlara öz rəqslərini, şəkil və əl işlərini və digər nailiyyətlərini böyük məmnuniyyətlə nümayiş etdiblər. "Qızlarımın hər ikisi serebral iflicdir. Heç bir yerə aparmırdım, çünki utanırdılar, heç bir uşaqla ünsiyyət qurmurdular, danışmırdılar. Xaçmaz İƏR mərkəzində "Bakcell”in dəstəyilə rəqs dərnəyindən bəhrələnən qızlarım artıq özlərinə yeni dostlar qazanıblar. Ailəlikcə getdiyimiz məclislərdə artıq onlar özlərinə qapanıb oturmur, məhdudiyyətlərinə görə utanmırlar. Qonağı olduqları ailələrin uşaqları ilə sosiallaşır, öyrəndikləri rəqsləri onlara da öyrətməyə can atırlar”, deyə Nəzrin və Lalə Müslümovaların anası Sevda xanım bildirib.


"Oğlum danışmır. Onu mütəmadi olaraq mərkəzdəki rəsm məşğələsinə gətirirəm. Davud əvvəl necə davranacağını, nə ilə məşğul olacağını bilmirdi. Elə mən də bilmirdim ki, onun boş vaxtını necə doldurum. Ancaq indi o evdə darıxmır, çünki rəngli karandaşları yonur, boyalı kistləri yuyur, müəllimin verdiyi şəklə baxıb rəsm çəkir. Alınmayanda pozub yenidən çəkməyə başlayır. Sakitləşib, özünə inanır. Çəkdiyi şəkilləri qonşulara göstərməyə artıq utanmır”, deyə Davudun anası Qəmər xanım bildirib.


Bakcell şirkətinin UAFA təşkilatı ilə sıx əməkdaşlığı 2010-cu ildən başlayıb və həmin vaxtdan bu günə qədər olan müddət ərzində "UAFA”nın Gəncə, Xaçmaz və Yasamal İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzlərində təşkil edilmiş dram, rəqs, rəsm və yaradıcılıq dərnəklərindən 1000 nəfərdən artıq uşaq bəhrələnib. Həmin dərnəklərdə iştirak edən uşaqlar müxtəlif tədbirlərdə bacarıqlarını böyük həvəslə nümayiş etdirməklə özlərinə və onları alqışla qarşılayan tamaşaçılara böyük sevinc hissi bəxş edirlər. Layihə çərçivəsində təşkil olunan dərnəklər cəmiyyətdə sağlamlıq imkanları məhdud uşaqlara və əlilliyə qarşı münasibəti dəyişir və bu uşaqların cəmiyyətə tam inteqrasiya olunmalarının təmin edilməsinə kömək edir.

Bakcell şirkətinin dəstək verdiyi bu layihə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bərabər hüquq və imkanlar yaradılması, asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə tam inteqrasiya olunmalarının təmin edilməsinə yönəlib.

***


Bakcell haqqında


Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə "Bakcell”in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kaya Kallas Rusiyaya beynəlxalq təzyiqi artırmağa çağırıb
18:13 25.05.2025
Kaya Kallas Rusiyaya beynəlxalq təzyiqi artırmağa çağırıb
“Türkiyə və Azərbaycanın ailə institutunun gücləndirilməsində ortaq hədəfləri var”
18:01 25.05.2025
“Türkiyə və Azərbaycanın ailə institutunun gücləndirilməsində ortaq hədəfləri var”
Xəzərin Qazaxıstan sahillərində 110-dan çox ölü suiti tapılıb
17:48 25.05.2025
Xəzərin Qazaxıstan sahillərində 110-dan çox ölü suiti tapılıb
Mikayıl Cabbarov Sibiqa ilə iqtisadi əməkdaşlığı müzakirə ETDİ
17:32 25.05.2025
Mikayıl Cabbarov Sibiqa ilə iqtisadi əməkdaşlığı müzakirə ETDİ
Qəzzada ölənlərin sayı 54 minə yaxınlaşıb
17:08 25.05.2025
Qəzzada ölənlərin sayı 54 minə yaxınlaşıb
Ukraynanın xarici işlər naziri Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR
16:54 25.05.2025
Ukraynanın xarici işlər naziri Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR
Göygöldə sirkə turşusundan zəhərlənən müəllim vəfat etdi
16:45 25.05.2025
Göygöldə sirkə turşusundan zəhərlənən müəllim vəfat etdi
Hakan Fidan Putinlə GÖRÜŞƏCƏK
16:26 25.05.2025
Hakan Fidan Putinlə GÖRÜŞƏCƏK
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
16:05 25.05.2025
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
15:41 25.05.2025
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
15:29 25.05.2025
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
15:15 25.05.2025
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
14:54 25.05.2025
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
14:33 25.05.2025
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
14:21 25.05.2025
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb
14:01 25.05.2025
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb