Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib

Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib
İQTİSADİYYAT
15:25 27.11.2018
3022
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti AFFA-nın və Sahə Futbol Federasiyaları İctimai Birliyinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə eşitmə məhdudiyyətli insanlar arasında futzal üzrə "Payız turniri”nə ənənəvi dəstəyini göstərib.

22-24 noyabr 2018-ci il tarixlərində Bakı şəhərində keçirilmişnövbəti "Payız turniri”ndə eşitmə məhdudiyyətli əlillər üçün xüsusi internat məktəblərinin şagirdlərindən ibarət beş komanda ("Şimşək”, "Zirvə”, "Ümid”, "Azəri”, "Bakı”) öz gücünü sınayıb.

Turnirin nəticəsində birinci yerə "Şimşək” komandası, ikinci və üçüncü yerlərə isə müvafiq olaraq "Azəri” və "Zirvə” komandaları layiq görülüb. Yarışın ən yaxşı oyunçusu Ülvü İbrahimov (("Şimşək”), ən yaxşı qapıçısı Rabil Şahbazov ("Azəri”) və ən məhsuldar oyunçusu Qədirli İbrahim ("Şimşək”) olub.

Bakcell şirkəti 2007-ci ildən bəri mütəmadi olaraq Əlillər Futbolu Federasiyasının futzal üzrə müxtəlif turnirlərinə dəstək göstərir. "Payız turniri”nin əsas məqsədi eşitmə məhdudiyyətli uşaqları sağlam həyat tərzinə alışdırmaq və inteqrasiya etməkdir.

Bakcell özünün genişmiqyaslı "Bakcell Stars” Korporativ Sosial Məsuliyyət proqramı vasitəsilə Azərbaycanda gənclər və idmanın inkişafına dəstək göstərir və xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərə yönəlmiş mühüm layihələri həyata keçirir.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.

Bakcell şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.

7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan "P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb ("Bestin Test”). 2018-ci ildə şirkət "Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış "Ookla” şirkəti tərəfindən "Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə "Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sumqayıtda 70 yaşlı qadın sirkə turşusunu içərək ölüb
23:31 02.05.2025
Sumqayıtda 70 yaşlı qadın sirkə turşusunu içərək ölüb
Əhalinin nəzərinə: Maaş sistemində vacib dəyişiklik olacaq
22:47 02.05.2025
Əhalinin nəzərinə: Maaş sistemində vacib dəyişiklik olacaq
“Traktor” vaxtından əvvəl İran çempionu olub
22:27 02.05.2025
“Traktor” vaxtından əvvəl İran çempionu olub
Pakistan səfiri: Hindistan dövlət səviyyəsində terrorçuluqdan istifadə edir
22:13 02.05.2025
Pakistan səfiri: Hindistan dövlət səviyyəsində terrorçuluqdan istifadə edir
Bir evdən dörd tabut çıxdı - Valideynlər yaşadıqları ağrını danışdılar - VİDEO
21:55 02.05.2025
Bir evdən dörd tabut çıxdı - Valideynlər yaşadıqları ağrını danışdılar - VİDEO
Adnan Oktar iki cinayətdən bəraət aldı: "Qadınların mənə olan sevgisi çox qısqanıldı"
21:33 02.05.2025
Adnan Oktar iki cinayətdən bəraət aldı: "Qadınların mənə olan sevgisi çox qısqanıldı"
Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri ilə Ermənistanla normallaşmanı müzakirə edib
21:24 02.05.2025
Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri ilə Ermənistanla normallaşmanı müzakirə edib
Aİ missiyasının müşahidəçisi İrəvanda ölü tapılıb
21:12 02.05.2025
Aİ missiyasının müşahidəçisi İrəvanda ölü tapılıb
Almaniya ifrat sağçı AfD partiyasını "ekstremist" elan edib
21:05 02.05.2025
Almaniya ifrat sağçı AfD partiyasını "ekstremist" elan edib
Məzahir Pənahovun oğlu arvadına işgəncə verib - Ağır ittihamlar
20:42 02.05.2025
Məzahir Pənahovun oğlu arvadına işgəncə verib - Ağır ittihamlar
Tramp Harvard Universitetini vergidən azad statusundan məhrum etməyi planlaşdırır
20:31 02.05.2025
Tramp Harvard Universitetini vergidən azad statusundan məhrum etməyi planlaşdırır
Aqata Musenize ikinci dəfə ərə gedir - FOTO
20:20 02.05.2025
Aqata Musenize ikinci dəfə ərə gedir - FOTO
"Real" Modriç və Vaskeslə müqavilənin müddətini iki həftə uzatmaq niyyətindədir
20:09 02.05.2025
"Real" Modriç və Vaskeslə müqavilənin müddətini iki həftə uzatmaq niyyətindədir
Məşhur aktyor zəlzələyə görə İstanbulu tərk etdi
19:59 02.05.2025
Məşhur aktyor zəlzələyə görə İstanbulu tərk etdi
"Ən yaxşı ailə elə müğənnilərdədir" - Zamiq
19:48 02.05.2025
"Ən yaxşı ailə elə müğənnilərdədir" - Zamiq
Ərdoğan: Türkiyə təbii qaz və neft kəşfiyyatı sahəsində qlobal aktora çevriləcək
19:37 02.05.2025
Ərdoğan: Türkiyə təbii qaz və neft kəşfiyyatı sahəsində qlobal aktora çevriləcək