Bakcell-in yeni fırıldağı: Klass M tarifi

Bakcell-in yeni fırıldağı: Klass M tarifi
İQTİSADİYYAT
14:08 21.07.2016
5491
Yəqin ki, Azərbaycanda yaşayıb “Bakcell” abunəçisi olan hər bir şəxs heç olmasa 1 dəfə bu operatorun müxtəlif “yanlışlıqlarla” cibinə girdildiyinin şahidi olub. 
Keyfiyyəqli xidmət qarşılığında sağlam qazanc əvəzinə müştərilərini aldatmaqla varlanmağı qarşısına məqsəd qoyan “Bakcell”, sözün həqiqi mənasında biznes anlayışını “dəyişək, inkişaf edək” fırıldağına çevirib. 
Cumhuriyyet.az “Bakcell”in fırıldaqlarını faş edir: Bakcell-in yeni Klass M tarifi istifadəyə verilib. Tarifin şrətlərinə görə abunəçiyə həftəlik 2 manat qarşılığında ölkədaxili 50 dəqiqə danışıq vaxtı, 100 MB internet paketi və pulsuz whatsapp təklif olunur. Pulsuz whatsapp yalnız mətn mesajlarına şamil olunur. Yəni whatsapp-da kiməsə səs, video, şəkil göndrəsən paketdə təqdim olunan 100 MB internetdən, yada balansdakı konturdan çıxılacaq. Gərək yalnız mətn mesajları göndərəsən ki, pulsuz olsun. Oda guya pulsuz. İlk baxışda təkliflər normaldı. Ancaq cumhuriyyet.az-a müraciət edən şikayətçi bu təkliflərin reallığından bəhs edir: “Məndə bu təklif çıxan günü 13.07.2016-cı ildə 051 623 35 97 nömrəsinə 2 AZN danışıq kartı yükləyib, 
GəlirliCIN tarifindən bu təklifi sərfəli bilib, Klass M tarifinə keçdim. Balansımdan 2 manat kontur çıxdı və 7 günlük ölkədaxili 50 dəqiqə və 100MB verildi. Mən mobil telefonla internetdən yalnız whatsapp-a girirəm. Whatsapp-da qaydalara uyğun yalnız mətn mesajlarından istifafadə etdim və balansımı yoxlayanda 0 MB qaldığını gördüm. İnternet paketim bitmişdi. Eləbil başıma qaynar su tökdülər. Bu necə ola bilər? Axı şirkət whatsapp-ın pulsuz olduğunu iddia edir? Tez telefonumun menyusundan “Settings” bölməsindən, “Data Usage” bölməsinə baxdım. Yəni sayağaca girib internetdən nəyə istifadə etdiyimə baxım. 
Müasir telefonlarda parametrlərdən hansı proqrama nə qədər trafik sərf etdiyin sayağacda əks olunur. Gördüm ancaq whatsapp-dan istifadə etmişəm. Sonra proqramların yenilənməsinə baxdım ordada sırf wi-fi seçilib. Yəni elə telefonlar var ki, o telefonlarda proqram yenilənməsi bölməsində proqramın yenilənməsi bölməsində Mobil Data qeyd olunur. Belə olanda proqramlar internet paketi vasitəsilə yenilənir. 
Əgər o bölmədə “Wifi networks”, yəni wifi şəbəkəsi qeyd olunubsa, o zaman heç vaxt proqramlar internet paketi ilə yenilənə bilməz. Bəzi adamlar proqram yenilənməsini mobil data peketə qoyurlar sonra internet paketi yoxa çıxanda mobil operatoru əsassız günahlandırmağa başlayırlar. Məndə hər 2 bu məqamı telefonun menyusundan yoxlayandan sonra soyğunçuluğa məruz qaldığımı anladım. Bununla əlaqədar Bakcell-in 555 call center-nə zəng etdim. Operatora məsələni izah edəndən sonra operator cavab verdi ki, Müştəri Xidmətlərinə gedib izahlı qaimə əldə edə bilərsiniz. İzahlı qaimə isə pulludur. İzahlı qaimınin qiyməti qaiməni çıxartdığın müddətə görə dəyişir. Məsələn 1 aylıq qaimə çıxartmaq istəyirsənsə 2 manatından, 2 aylıq qaimə çıxartmaq istəyirsənsə 4 manatından, 3 aylıq qaimə çıxartmaq istəyirsənsə 5 manatından keçməlisən. Mən başa düşə bilmirəm fırıldağa məruz qalmağım azmış kimi, üstəlik soyulduğumu sübut etmək üçün əlavə pulda verməliyəm? Bu artıq həyasızlıqdır. 
Bir də yeni Klass M tarifinin bir fırıldağı da var. Məsələn yeni tarif haqqında www.bakcell.com saytında məlumatda böyük hərflərlə İLK HƏFTƏ PULSUZ yazırlar. Yəni guya birinci dəfə qoşulanda ilk həftənin bonusları abunəçiyə pulsuz verilir. Bu qətiyyən belə deyil. Beləki mən GəlirliCIN tarifindən keçəndə 2 manat kontur yüklədim və ilk həftə belə abunə haqqı pul qarşılığında verildi.Özünüz də şirkətin rəsmi saytına girib tarif haqqında məlumatda İLK HƏFTƏ PULSUZ sözlərini böyük hərflərlə oxuya bilərsiniz”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta Agentliyi birləşməlidir"
15:24 01.10.2025
“Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta Agentliyi birləşməlidir"
250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? - 11 şübhəli var
15:24 01.10.2025
250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? - 11 şübhəli var
Şahin Diniyev "Qarabağ" - "Kopenhagen" matçına proqnozunu açıqladı
15:11 01.10.2025
Şahin Diniyev "Qarabağ" - "Kopenhagen" matçına proqnozunu açıqladı
"Heydər Əliyev vaxtilə məni İtaliyaya səfir təyin edərkən demişdi ki..." - Elmar Məmmədyarov
15:07 01.10.2025
"Heydər Əliyev vaxtilə məni İtaliyaya səfir təyin edərkən demişdi ki..." - Elmar Məmmədyarov
Prezident və xanımı Nərimanov rayonunda salınan yeni parkın açılışında iştirak ediblər - FOTOLAR
15:06 01.10.2025
Prezident və xanımı Nərimanov rayonunda salınan yeni parkın açılışında iştirak ediblər - FOTOLAR
"Aytamart" supermarket Sumqayıtda 1 yaşını qeyd edir
15:03 01.10.2025
"Aytamart" supermarket Sumqayıtda 1 yaşını qeyd edir
Bakıda taksi fəaliyyəti ilə məşğul olanlara XƏBƏRDARLIQ
14:59 01.10.2025
Bakıda taksi fəaliyyəti ilə məşğul olanlara XƏBƏRDARLIQ
Kolleclərə yeni təyinatlar olub
14:55 01.10.2025
Kolleclərə yeni təyinatlar olub
Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı olub - FOTOLAR
14:48 01.10.2025
Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı olub - FOTOLAR
TRT-nin əməkdaşı Qəzza zolağında həlak oldu - MŞ başsağlığı verdi
14:19 01.10.2025
TRT-nin əməkdaşı Qəzza zolağında həlak oldu - MŞ başsağlığı verdi
Murad Arifin izdihamlı, coşqulu, ulduzlu gecəsi - Fotolar
14:15 01.10.2025
Murad Arifin izdihamlı, coşqulu, ulduzlu gecəsi - Fotolar
Şahbaz Xuduoğlu Bakıda kitab sərgisinə buraxılmadı: "Mən iki gündür, bu gərginliyi yaşayıram"
14:04 01.10.2025
Şahbaz Xuduoğlu Bakıda kitab sərgisinə buraxılmadı: "Mən iki gündür, bu gərginliyi yaşayıram"
Bu avtobuslarda qiymət qalxmadı - Hələ də 50 qəpikdir
14:02 01.10.2025
Bu avtobuslarda qiymət qalxmadı - Hələ də 50 qəpikdir
Sabah Azərbaycanda hava necə olacaq?
13:48 01.10.2025
Sabah Azərbaycanda hava necə olacaq?
Fransa - Azərbaycan oyununun azərbaycanlı azarkeşlər üçün biletləri satışa çıxarılıb
13:36 01.10.2025
Fransa - Azərbaycan oyununun azərbaycanlı azarkeşlər üçün biletləri satışa çıxarılıb
Bu gün Beynəlxalq Qəhvə Günüdür
13:21 01.10.2025
Bu gün Beynəlxalq Qəhvə Günüdür