“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır
İQTİSADİYYAT
11:43 24.09.2025
276

İnnovasiya və sürət lideri "Bakcell” regionun ən mühüm texnoloji tədbiri – "INMerge” İnnovasiya Sammitinin tərəfdaşıdır. Tədbir çərçivəsində "Bakcell”in Azərbaycanda tətbiq etdiyi innovativ texnologiyalar və süni intellekt əsaslı həlləri təqdim olunacaq.

AZXEBER.COM xəbər verir ki, tədbirin ilk günündə "Bakcell”in baş icraçı direktoru Klaus Müller maliyyə və telekommunikasiya sahələri arasında qarşılıqlı imkanlar mövzusuna həsr olunacaq panel müzakirədə çıxış edəcək. Bundan əlavə, sammit zamanı iştirakçılar "Bakcell”in stendində şirkət tərəfindən təqdim olunan ən son innovativ xidmət və məhsullarla tanış olmaq imkanı əldə edəcəklər. 

"Bakcell” təqdim etdiyi innovasiya və süni intellekt əsaslı həllərlə Azərbaycanın rəqəmsal transformasiya və texnologiya ekosisteminin inkişafı istiqamətində daim təşəbbüslər həyata keçirir. Bununla yanaşı, şirkət dayanıqlı inkişaf və korporativ məsuliyyət strategiyası çərçivəsində innovasiya və süni intellekt sahəsində genişmiqyaslı fəaliyyətini davam etdirir.


 "PAŞA Holding" tərəfindən təşkil olunan "INMerge" İnnovasiya Sammiti 29-30 sentyabr tarixlərində Bakıda keçiriləcək və 30-dan çox ölkədən 1,000-dən artıq təsisçi, investor, korporativ lider və siyasətçini bir araya gətirəcək. İki gün davam edəcək sammitdə iştirakçılara yüksəksəviyyəli çıxışlar, panel müzakirələri, startap müsabiqələri və şəbəkələşmə imkanları təqdim olunacaq. Bu ilki sammitə "IBM”, "Microsoft”, "Netflix”, "Pixar” kimi bir çox qlobal və yerli şirkətlərin rəhbər və nümayəndələri qatılacaqlar.

"Bakcell" haqqında

"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Onlara yeni vəzifə verildi
15:49 24.09.2025
Onlara yeni vəzifə verildi
Azərbaycan “Abraham sazişi”nə qoşula bilər? - Politoloqdan açıqlama
15:45 24.09.2025
Azərbaycan “Abraham sazişi”nə qoşula bilər? - Politoloqdan açıqlama
İran: İsrail və ABŞ-nin hücumları nəticəsində zədələnmiş nüvə obyektləri yenidən qurulacaq
15:26 24.09.2025
İran: İsrail və ABŞ-nin hücumları nəticəsində zədələnmiş nüvə obyektləri yenidən qurulacaq
Adnan Əhmədzadənin müraciət müddəti bitdi: Qərar qüvvədə qaldı
15:12 24.09.2025
Adnan Əhmədzadənin müraciət müddəti bitdi: Qərar qüvvədə qaldı
Bu gün Xalq artistinin oğlunun toyudur
15:09 24.09.2025
Bu gün Xalq artistinin oğlunun toyudur
8 ayda Bakı əhalisi 23 milyarddan çox pul xərcləyib
14:45 24.09.2025
8 ayda Bakı əhalisi 23 milyarddan çox pul xərcləyib
Snoop Dogg Rusiyada özəl gecəyə qatılacaq, 2 milyon gəlir əldə edəcək
14:41 24.09.2025
Snoop Dogg Rusiyada özəl gecəyə qatılacaq, 2 milyon gəlir əldə edəcək
Tanınmış jurnalist vəzifəyə təyin edildi
14:35 24.09.2025
Tanınmış jurnalist vəzifəyə təyin edildi
Kəlbəcərdə “Kəlbəcər Bal Festivalı 2025” tədbiri keçirilir - FOTOLAR
14:27 24.09.2025
Kəlbəcərdə “Kəlbəcər Bal Festivalı 2025” tədbiri keçirilir - FOTOLAR
Naftalanda Vətən Müharibəsi Şəhidi Fərid Adıgözəlovun ailəsi ziyarət olunub - FOTOLAR
14:19 24.09.2025
Naftalanda Vətən Müharibəsi Şəhidi Fərid Adıgözəlovun ailəsi ziyarət olunub - FOTOLAR
“İlkin mərhələdə 15 milyon tondan çox yükün bu marşrut vasitəsilə daşınması nəzərdə tutulur"
14:10 24.09.2025
“İlkin mərhələdə 15 milyon tondan çox yükün bu marşrut vasitəsilə daşınması nəzərdə tutulur"
Bakı metrosunda interval azaldıldı, bəs sıxlıq niyə azalmır? - AÇIQLAMA
13:58 24.09.2025
Bakı metrosunda interval azaldıldı, bəs sıxlıq niyə azalmır? - AÇIQLAMA
Mabel Matizə ölkədən çıxmağa qadağa qoyuldu, konsertləri ləğv olundu
13:47 24.09.2025
Mabel Matizə ölkədən çıxmağa qadağa qoyuldu, konsertləri ləğv olundu
Kanadada TikTok araşdırması: Yüz minlərlə uşağın şəxsi məlumatları toplanır
13:45 24.09.2025
Kanadada TikTok araşdırması: Yüz minlərlə uşağın şəxsi məlumatları toplanır
Şahin Mustafayev Araz dəhlizində görülən işlərlə tanış olub
13:40 24.09.2025
Şahin Mustafayev Araz dəhlizində görülən işlərlə tanış olub
Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” öz işinə başlayıb
13:39 24.09.2025
Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” öz işinə başlayıb