“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışdı

“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışdı
İQTİSADİYYAT
16:52 24.09.2018
3776
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell telekommunikasiya sahəsinin yerli və beynəlxalq səviyyədə inkişafına öz töhfəsini vermək məqsədilə dünyanın ən nüfuzlu tədbirlərində iştirak edir.

"Bakcell”in baş icraçı direktoru Nikolai Beckers IBM, "Wipro”, "Ericsson”, "Verizon”, "Etisalat”, "Batelco Group”, "Turk Telecom” və digər nüfuzlu şirkətlərin rəhbərləri ilə birgə "Telecoms World Middle East 2018” beynəlxalq konfransına xüsusi dəvət olunaraq bu sahənin ən mötəbər liderlərindən ibarət məruzəçilər siyahısında yer alıb. Dubay şəhərində 17-18 sentyabr tarixində keçirilmiş "Telecoms World Middle East” tədbiri Yaxın Şərqin ən mühüm və aparıcı telekommunikasiya tədbirlərindən biri hesab olunur. Nikolai Beckers və telekommunikasiya sahəsinin digər tanınmış mütəxəssisləri bir araya gələrək əməkdaşlıq, innovasiya və dünyanın telekommunikasiya ekosisteminin ümumi strategiyasını müzakirə ediblər.

Startap, inkubasiya və telekommunikasiya sahəsinin rəqəmsallaşmasına həsr edilmiş paneldə "Turk Telecom” şirkətinin baş direktoru Paul Doany və Nikolai Beckers telekommunikasiya sənayesinin indiki vəziyyəti və bu sahənin gələcək uğurlarının təmin edilməsində rəqəmsallaşmanın və startapların rolu barəsində danışıblar.

"Rəqəmsallaşmaya hazır olmaq üçün bir sıra tədbirlərin görülməsi zəruridir və sənayenin liderləri əsas və fundamental məsələlərə xüsusi diqqət yetirməlidirlər. İlk növbədə konsolidasiya həyata keçirilməli, biznesin daxili prosesləri və təşkilati strukturu sadələşdirilməlidir. Bildiyiniz kimi, ənənəvi telekommunikasiya operatorları adətən olduqca bürokratik təşkilati struktura malikdir və bu cür strukturda innovasiya və rəqəmsallaşmanın tətbiq edilməsi elə də asan deyil. Bunun həlli yolu isə əsas təşkilatdan kənarında ayrıca bir qurum yaratmaqdır. Bu qurum insanlara öz ideyalarını daha sərbəst şəkildə irəli sürmək imkanı verməli və eksperimentlərə açıq olmaq üçün münbit şərait təmin etməlidir. Bu cür yanaşmanı Bakcell özünün "AppLab” inkubasiya proqramı vasitəsilə nümayiş etdirir”, deyə Nikolai Beckers bildirib.

Qeyd edək ki, "AppLab” proqramının fəaliyyətə başladığı 2014-cü ildən bəri müxtəlif avadanlıq və proqram təminatlarının tərtibi ilə məşğul olan yerli developerlər öz ideyalarını həyata keçirmək üçün "Bakcell”dən dəstək alırlar. "AppLab” layihəsinin iştirakçıları pulsuz İnternet, masa və təlim otaqları ilə yanaşı ideyaları və üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlanmaq imkanına malikdirlər. "AppLab” Mərkəzinin dəstəyi ilə Azərbaycanın gənc mütəxəssisləri tərəfindən yaradılmış layihələrin bəziləri artıq Android və iOS əməliyyat sistemi ilə işləyən cihazlara yüklənə bilər.

"İnnovasiyaların tətbiq edilməsi üçün sərbəstlik və məsuliyyət kimi amillər vacibdir. Yalnız bu iki element mövcud olduğu halda rəqəmsallaşma da mümkün olacaq. Klassik telekommunikasiya təşkilatıları nəzarət və əmrlər üzərində qurulub, bu da innovasiyaların inkişafına müəyyən maneçilik törədir. Həmçinin, startaplar vasitəsilə yaradılan yeniliklər əsas təşkilatın strukturuna inteqrasiya olunmalıdır, bu da dünyanın telekom provayderləri tərəfindən nəzərə alınmalı digər vacib bir məsələdir”, deyə Nikolay Beckers əlavə edib.

Nikolai Bekers Bakcell şirkətinin baş icraçı direktoru vəzifəsinə 2016-cı ildə təyin olunub. Bundan qabaq o, Qərbi və Şərqi Avropa və Cənub Şərqi Asiya ölkələrinin qabaqcıl telekommunikasiya şirkətlərində müxtəlif rəhbər vəzifələrdə çalışıb. Nikolay Beckersin iş təcrübəsi dünyanın ən

rəqabətli telekommunikasiya bazarlarında mühüm biznes uğurlarının qazanılmasında strateji əhəmiyyət kəsb edən fəaliyyətləri və layihələri əhatə edib.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.

Bakcell şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 30-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.

7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan "P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb ("Best in Test”). 2018-ci ildə şirkət "Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış "Ookla” şirkəti tərəfindən "Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə "Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Asteroid Ayla toqquşacaq
20:53 25.06.2025
Asteroid Ayla toqquşacaq
Baqrat Qalstanyanın hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı səs yazıları dərc edilib
20:33 25.06.2025
Baqrat Qalstanyanın hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı səs yazıları dərc edilib
"Qalatasaray"ın futbolçusunu ölümlə təhdid edən azarkeş saxlanılıb
20:14 25.06.2025
"Qalatasaray"ın futbolçusunu ölümlə təhdid edən azarkeş saxlanılıb
Türkiyədə arvadının sevgilisini illər əvvəl öldürən şəxs Bakıda həbs edilib, ölkəsinə qaytarılır
19:54 25.06.2025
Türkiyədə arvadının sevgilisini illər əvvəl öldürən şəxs Bakıda həbs edilib, ölkəsinə qaytarılır
"Benfika" 13 oyundan sonra "Bavariya"ya qalib gəldi
19:31 25.06.2025
"Benfika" 13 oyundan sonra "Bavariya"ya qalib gəldi
Ukrayna Rusiyanın cənubuna PUA ilə hücum edib
19:12 25.06.2025
Ukrayna Rusiyanın cənubuna PUA ilə hücum edib
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
18:55 25.06.2025
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
18:43 25.06.2025
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
18:30 25.06.2025
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
Jah Xalibin kariyerası bitir - SƏBƏB
18:06 25.06.2025
Jah Xalibin kariyerası bitir - SƏBƏB
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
17:48 25.06.2025
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
17:33 25.06.2025
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
17:25 25.06.2025
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
17:15 25.06.2025
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
16:54 25.06.2025
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək
16:41 25.06.2025
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək