"Bakcell"in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində

"Bakcell"in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində
İQTİSADİYYAT
12:40 21.06.2025
562

İnnovasiya və sürət lideri "Bakcell"in rebrendinq hekayəsi dünya şöhrətli marketinq nəzəriyyəçisi Filip Kotlerin "Müasir Marketinqin Əsasları" (Essentials of Modern Marketing) kitabında yer alacaq. Dünya və Azərbaycan oxucularına təqdim olunacaq tanınmış nəşrdə "Bakcell"in həyata keçirdiyi ölkəmiqyaslı rebrendinq və onun şirkətin inkişaf dinamikasına təsiri ətraflı şəkildə təqdim olunacaq.

Qeyd edək ki, "Bakcell" rebrendinqdən sonra innovasiya və süni intellekt yanaşmasına əsaslanan yeni brend mövqelənməsi ilə bazarda fərqlənməyə nail olub. Şirkət bu strategiya çərçivəsində süni intellekt həllərini məhsul inkişafı, strateji tərəfdaşlıqlar, kommunikasiya, müştəri əlaqələri sahələrinə inteqrasiya edərək, bir sıra məhsul və xidmətlər təqdim edib və bu istiqamətdə fəaliyyətini davam etdirir. Bu innovativ məhsul və xidmətlər arasında "Bakcell Fiber”, "VoWiFi”, "Tarif məsləhətçisi”, "Star tarifləri”, "Birinci tariff” və UBER ilə tərəfdaşlıq yer alır.

Xatırladaq ki, strateji yanaşması ilə vizual təqdimat arasında güclü əlaqə qurmaq bacarığına görə "Bakcell”, "Baku Flames Festivalı” çərçivəsində "Ən uğurlu rebrendinq layihəsi” nominasiyası üzrə mükafata layiq görülüb. Beləliklə, ölkəmiqyaslı rebrendinq şirkətin biznes nəticələrinə, brend dəyərinin artmasına və bazar mövqeyinin güclənməsinə olduqca müsbət təsir edib. 

"Bakcell”in bu nəşrdə yer alması, Azərbaycanın telekommunikasiya sahəsində innovasiya və rəqəmsal transformasiya istiqamətində nailiyyətlərinin beynəlxalq səviyyədə tanıdılmasına töhfə verəcək.

Filip Kotler haqqında

Müasir marketinqin atası və 80-dən çox kitabın müəllifi olan Filip Kotler, marketinq sahəsində inqilabi nəzəriyyələr yaradaraq, dünya miqyasında biznesin inkişafına təsir göstərib. O, marketinqi psixologiya və iqtisadiyyatla birləşdirərək, müasir marketinqin elmi əsaslarını formalaşdırıb.

Ən məşhur əsərlərindən biri olan "Marketing Management” kitabı dünya universitetlərində marketinq dərsliklərinin əsas qaynağı kimi istifadə olunur. Onun nəzəriyyələri şirkətlərin müştəriyönümlü strategiyalar qurmasına və qlobal bazarlarda rəqabət üstünlüyü əldə etməsinə imkan yaradır.

"Bakcell" haqqında

"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zakir İbrahimov nazir təyin olunur?
16:41 12.08.2025
Zakir İbrahimov nazir təyin olunur?
Milyonluq reklam gəlirləri, 90 minlik cərimə: Blogerlər vergiyə necə cəlb olunur? - ARAŞDIRMA
16:09 12.08.2025
Milyonluq reklam gəlirləri, 90 minlik cərimə: Blogerlər vergiyə necə cəlb olunur? - ARAŞDIRMA
“Donald Tramp Nobel Sülh Mükafatına layiqdir” - Deputat
16:07 12.08.2025
“Donald Tramp Nobel Sülh Mükafatına layiqdir” - Deputat
Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri Prezidentə müraciət ünvanlayıblar
15:49 12.08.2025
Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri Prezidentə müraciət ünvanlayıblar
"Heç nəyin yoxdur" dedilər - Xəstəxanadan çıxarkən ürəyi dayandı
15:38 12.08.2025
"Heç nəyin yoxdur" dedilər - Xəstəxanadan çıxarkən ürəyi dayandı
MİQ üzrə vakansiya seçimi mərhələsinin nəticələri elan edilib
15:29 12.08.2025
MİQ üzrə vakansiya seçimi mərhələsinin nəticələri elan edilib
Qarabağ Universiteti 7-ci Türkoloji Yay Məktəbinə ev sahibliyi edir - FOTOLAR
15:21 12.08.2025
Qarabağ Universiteti 7-ci Türkoloji Yay Məktəbinə ev sahibliyi edir - FOTOLAR
"Muğam" müsabiqəsinin finalı Laçında keçiriləcək
15:16 12.08.2025
"Muğam" müsabiqəsinin finalı Laçında keçiriləcək
Azərbaycanda problemli kreditlərin yarıdan çoxu Beynəlxalq Bankın payına düşür
15:11 12.08.2025
Azərbaycanda problemli kreditlərin yarıdan çoxu Beynəlxalq Bankın payına düşür
İki mindən artıq müəllim sertifikasiya imtahanında keçid balını toplamadı
15:04 12.08.2025
İki mindən artıq müəllim sertifikasiya imtahanında keçid balını toplamadı
İndoneziyada vulkan püskürdü, ardınca da zəlzələ oldu
14:45 12.08.2025
İndoneziyada vulkan püskürdü, ardınca da zəlzələ oldu
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi
14:38 12.08.2025
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi
Astroloq: Bu gündən etibarən Merkuri retrosu bitdi
14:34 12.08.2025
Astroloq: Bu gündən etibarən Merkuri retrosu bitdi
Ukrayna Rusiyanın helium müəssisəsini vurdu - Raket və kosmik sənayesi iflic ola bilər
14:21 12.08.2025
Ukrayna Rusiyanın helium müəssisəsini vurdu - Raket və kosmik sənayesi iflic ola bilər
75 minə yaxın müəllim əməkhaqlarını əlavələrlə alacaq
14:14 12.08.2025
75 minə yaxın müəllim əməkhaqlarını əlavələrlə alacaq
Müəllimlərin sertifikasiyasının müsahibə mərhələsinin keçiriləcəyi tarix məlum olub
14:07 12.08.2025
Müəllimlərin sertifikasiyasının müsahibə mərhələsinin keçiriləcəyi tarix məlum olub