AOK müayinə komandası bildirib ki, tarixi Oyunlara hazırlıq işləri qrafikə uyğun gedir.
AZXEBER.COM xəbər verir ki, Bakı 2015 Avropa Oyunlarına hazırlıq işləri dünya səviyyəli idman yerlərinin, idman mərkəzlərinin inşası, atletlərin yerləşməsində yeni standartlardan və innovasiyalardan istifadə etməklə qrafikə uyğun aparılır, - Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva qeyd edib.
Bakı 2015 İlk Avropa Oyunları Təşkilat Komitəsinin həm də sədri olan Birinci Xanım Avropa Oyunlarının Əlaqələndirmə Komitəsinə bildirib ki, Azərbaycanın başlıca məqsədi gələcəkdə bütün Avropa Oyunları üçün modelə çevrilə biləcək yüksək səviyyəli tədbir təşkil etməkdir.
Komitə Bakıya üçüncü dəfədir ki səfər edir və bu gün başa çatan iki günlük səfərin yekununda idman, idman mərkəzləri və tikinti, nəqliyyat, maliyyə, kommunikasiyalar, yerləşmə və texnologiya sahələri kimi başlıca funksional sahələrdə əldə edilən inkişafı təqdir edib.
“Azərbaycan hökuməti və xalqı fəxr edir ki, İlk Avropa Oyunları bizim ölkədə keçiriləcəkdir. Bakı 2015 Ilk Avropa Oyunları, Avropa Oyunlarının gələcəyi üçün standartları müəyyən edəcək”, - Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin həm də üzvü olan Birinci Xanım deyib.
“Su İdmanı Növləri Sarayının, Milli Gimnastika Arenasının, Bakı Atıcılıq Mərkəzinin, Bakı Olimpiya Stadionunun və digər obyektlərin inşaat işlərinin, eyni zamanda, mövcud idman obyektlərinin əsaslı yenidənqurma işlərinin bugünkü tempi və səviyyəsi hazırlıq işlərinin vaxtında bitəcəyindən xəbər verir. İdmançılar Kəndinin yaradılmasına biz xüsusi önəm veririk veririk və hesab edirik idman tarixində idmançıların yerləşməsi və saxlanmasına ən yaxşı məkanlardan biri olacaqdır”, - deyə, Birinci Xanım bildirib.
“Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komitəsinin sədri olaraq təsdiq edə bilərəm ki, bizim Bakıya üçüncü səfərimizdə Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) tərəfindən aparılan hazırlıq işlərinin vəziyyəti bizdə çox dərin təəssürat oyatdı. Bizim təkbətək görüşlər, habelə yerləri ziyarət etmək kimi zəngin iş qrafikimiz oldu. Bu iki gün çox məhsuldar keçdi”, - Spiros Kapralos deyib.
“Bakı 2015 İlk Avropa Oyunlarının açılışı mərasiminə bir ilə yaxın müddət qalıb, ona görə də, hər gün əhəmiyyət kəsb edir. Lakin bu müayinədən sonra mən tam əminliklə deyə bilərəm
ki, BAOƏK yenilikçi olmaqda və daha çox uğurlar əldə etməkdə davam edəcək və Avropa Oyunlarını çox yüksək səviyyədə təşkil edəcəkdir”.
Azərbaycan gənclər və idman naziri və BAOƏK –in baş icraçı direkrotu Azad Rəhimov deyib: “Hazırlıq işlərinin hər günü bizim üçün böyük əhəmiyyət daşıyır, belə ki, biz İlk Avropa Oyunlarının keçirilməsinə doğru gedirik. Lakin mən Bakı Avropa Oyunlarını çox yüksək səviyyədə təşkil etmək iqtidarında olan komandamıza tam inanıram. Mən Əlaqələndirmə Komitəsinə davamlı dəstəyinə və son iki gündə onların ekspertizasına, sərmayələrinə və ruh yüksəkliyinə görə təşəkkürümüzü bildirmək istəyirəm. Mən Əlaqələndirmə Komitəsini əmin edirəm ki, Azərbaycan hökuməti və Azərbaycan xalqı Oyunlara tam dəstəyini göstərməkdə davam edəcək”.
AOK-un 16 üzvündən ibarət heyətin ikigünlük səfərinin yekununda bəyan edilmişdir ki, görmə qabiliyyəti zəif olanlar üçün cüdo idman növü Bakı 2015 Avropa Oyunlarının medal intizamına daxil ediləcək. AOK-un prezidenti Patrik Hikki bu bəyanatı çox müsbət qarşılamış və bildirmişdir ki, Bakı 2015 İlk Qitə Oyunları üçün yeni məkan olub, öz idman proqramında paraolimpiya oyunlarını da əhatə edəcək.
Görmə qabiliyyəti zəif olan cüdoçular - kişilər +100 klioqram kateqoriyası üzrə və qadınlar -48 kiloqram kateqoriyası üzrə yarışacaqlar. Səkkiz atlet Beynəlxalq Görmə Qabiliyyəti Zəif İdman Növləri Federasiyasında (IBSA) hər kateqoriya üzrə yarışacaq və federasiya güclüləri seçəcək. Yarış formatı nokautlu raund olub, iki yarımfinal və finaldan ibarət olacaq.
AOK-un prezidenti və BOK İcraiyyə Komitəsinin üzvü Patrik Hikki bildirib: "Biz Avropa Oyunlarının başqa çoxidman növlü tədbirlərinin tam dublikatı olmasını istəmirik, biz onların yenilikçi olmalarını istəyirik. Bakı 2015 bu baxımdan özünü göstərdi və mən görmə qabiliyyəti zəif olanlar üçün cüdo idman növünün İdman Proqramına daxil edilməsindən məmnunam. Bu, təqdirəlayiq addım olub, Avropa idmanı üçün yenilikçi katalizator rolu olacaq Avropa Oyunları ilə bağlı AOK-un baxışlarına tam uyğundur".
AOK-un vitse-prezidenti Janez Kocijancic deyib: “Mən BAOƏK-a Avropa Oyunlarına hazırlıq işləri ilə bağlı əldə etdikləri bütün uğurlara görə öz təbriklərimi bildirmək istəyirəm. Biz Bakıda apardığımız iki günlük işimizdən çox məmnunuq və hiss etdik ki, BAOƏK ilə əlaqələrimiz və əməkdaşlığımız daha da güclənib. Biz onlara davamlı səylərində uğurlar arzulayırıq və AOK Əlaqələndirmə Komitəsinin növbəti səfərini gözləyirik.
Avropa Oyunlarının ev sahibi olaraq biz BAOƏK-u həyatda bir dəfə olan bu imkandan istifadə edib, Azərbaycanın gözəl mədəniyyətini Avropaya və dünyaya göstərməyə çağırırıq."
BAOƏK-un baş icraçı direktoru Cim Şerr deyib: "Mən Əlaqələndirmə Komitəsinə göstərdiyi davamlı dəstəyə və son iki gün ərzində edilən sərmayələrə görə öz minnətdarlığımı bildirmək
istərdim. Biz bugünədək əldə etdiyimiz uğurlardan çox məmnunuq, lakin biz anlayırıq ki, 12 iyun 2015-ci il tarixinədək, İlk Avropa Oyunlarının rəsmi açılış mərasimlərinə qədər bizim yalnız 434 günümüz qalıb və biz hazırlıq işlərində növbəti mərhələyə qədəm qoyub hədsiz uğurlu və yüksək səviyyəli Avropa Oyunlarının keçirilməsini təmin etməyə çalışacağıq."
![](/file/pic/xeber/2014-04-04/68524.jpg)
![](/file/pic/xeber/2014-04-04/68527.jpg)
![](/file/pic/xeber/2014-04-04/68531.jpg)
![](/file/pic/xeber/2014-04-04/68537.jpg)