Bakı-2015: Qadın boksçumuz 1/4 finalda

İDMAN
14:35 21.06.2015
1372
3:0.
Birinci Avropa Oyunlarında Azərbaycanı boks yarışları davam edir.
AZXEBER.COM-un məlumatına görə, qadınlar arasında yüngül çəki (57-60 kq) dərəcəsində təmsil edən Yana Alekseyeva bu gün ilk rinqinə çıxıb.
Boksçumuz 1/8 finalda Finlandiya idmançısı Mira Potkonenlə qarşılaşıb.
Gərgin keçən döyüşdə Y.Alekseyeva 3:0 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, Azərbaycan millisinin boksçularından Tayfur Əliyev (56 kq), Teymur Məmmədov (81 kq), Məhəmmədrəsul Məcidov, (+91 kq), Elvin Məmişzadə (52 kq) və Albert Səlimov (60 kq) artıq adını 1/4 finala yazdırıb. Həmçinin, Salman Əlizadə (49 kq), Anna Əlimərdanova (54 kq) və Yelena Vıstropova (64 kq) da yarışa bu mərhələdən başlayacaq.
OXŞAR XƏBƏRLƏR