Bakı 2022: Türkiyə komandası bu gün də qaliblər sırasında - FOTO

Bakı 2022: Türkiyə komandası bu gün də qaliblər sırasında - FOTO
İDMAN
21:55 01.06.2022
1452
Bakı 2022: Türkiyə komandası bu gün də qaliblər sırasında - FOTO
 16
AA
Bakıda davam edən Dünya Kubokunda bu gün stend atıcılığının səngər növü üzrə qarışıq komanda yarışında Türkiyə atıcıları bürünc medal uğrunda mübarizədə qalib gəliblər. Digər bürünc medalı isə Qazaxıstan komandası götürüb.

Stend atıcılığının səngər növü üzrə qarışıq komanda yarışında qızıl medalı avstraliyalılar qazanıb. Gümüş medal Portuqaliya komandasına çatıb.

"Bu turnirə gələnə kimi millimiz Qəbələdə 20 günlük çox yaxşı hazırlıq keçib. Bu hazırlığa şərait yaratdığına və qələbəmizdə rolu olduğuna görə Azərbaycana dərin minnətdarlığımızı bildiririk. Medal qazanacağımıza nəinki ümid edirdik, bunu özümüzə hədəf seçmişdik. Güclü komandamız var və buna görə də Asiyada ilk "5-lik”də yer almışıq. Bakıda keçirilən bu yarış son 5 ildəki ən yaxşı Dünya Kuboklarından biridir. Təşkilatçılıq, qonaqlara olan münasibət, yaradılan şərait – hər şey yüksək səviyyədədir” – bunu Qazaxıstan Atıcılıq Federasiyasının baş katibi Oleq Poçivavalov bildirib.

Türkiyəli oyunçular azərbaycanlı azarkeşlərin onların qələbəsinə sevincindən çox duyğulandıqlarını bildiriblər.

Tolqa Tünçər: "Bu gün yarışa yaxşı başlamadıq. Finala vəsiqə qazanmaq üçün 1 xalımız çatmadı. Nəsib belə imiş. Əlimizdən gələni etdik. Bürünc medal qazanmaq qismətimiz idi. Azərbaycanda keçirilən belə möhtəşəm turnirdə üçüncü olmaq da sevindiricidir. Bu mərkəzin yaranmasında əməyi olan hər kəsə təşəkkür edirəm. Həqiqətən möhtəşəm məkandır. İnşallah, növbəti yarışlarda daha yaxşı nəticələr əldə edərik”.

Pelin Rümeysa Qaya: "Çox sevincliyik. Mükafatlandırma mərasimi əla idi. Gözləmədiyimi bir şey deyildi. Amma bu qədər olacağını düşünmürdük. Həm əcnəbilər, həm azərbaycanlılar bizə xüsusi dəstək oldular. Hamının bizə azarkeşlik etməsi çox xoşuma gəldi. Həmişə deyildiyi kimi, biz iki dövlət, tək millətik. Hamıya çox təşəkkür edirəm. Azərbaycanlıları çox sevirəm. Burada yaşananlar, bürünc medal qazanmağım məni çox xoşbəxt etdi”.

Məşqçi Əmrə Günay: "Burada medal qazandığımız üçün çox xoşbəxtik. Öz ölkəmizdə mükafatçılar sırasına düşə bildik. Biz buranı özümüzünkü kimi hiss edirik. Hamımız bir yerdə sevindik. İnşallah, gələcəkdə daha böyük yarışlarda yaxşı nəticələr əldə edəcəyik. Azərbaycanda öz evimizdəki kimi rahat mübarizə apardıq. Bu il iştirak etdiyimiz üçüncü dünya kubokudur. Bakı təşkilatçılıq baxımından hamısını üstələyib - deyə bilərəm. Mükafatlandırma mərasimi möhtəşəm idi. Özümüzü konsertdəki kimi hiss edirdik. Hansısa çatışmazlıq yoxdur. Azqərbaycan dünya çempionatına ev sahibliyi etməyə layiqdir. İnşallah, daha yaxşı turnirlər burada keçirilər”.

Yarışlar sabah davam edəcək.





























 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İngiltərəli futbol hakimi 2026-cı ilin yayına qədər diskvalifikasiya olunub
20:10 28.02.2025
İngiltərəli futbol hakimi 2026-cı ilin yayına qədər diskvalifikasiya olunub
HAMAS İsraillə razılaşmanın növbəti mərhələsinə keçməyə hazırdır
19:55 28.02.2025
HAMAS İsraillə razılaşmanın növbəti mərhələsinə keçməyə hazırdır
“Turkmenistan Airlines” Moskvaya uçuşların dayandırılmasını martın sonuna qədər uzadıb
19:42 28.02.2025
“Turkmenistan Airlines” Moskvaya uçuşların dayandırılmasını martın sonuna qədər uzadıb
"Barselona" İspaniya klubunun qapıçısı ilə maraqlanır
19:31 28.02.2025
"Barselona" İspaniya klubunun qapıçısı ilə maraqlanır
Mask: Vens ABŞ-nin növbəti prezidenti ola bilər
19:18 28.02.2025
Mask: Vens ABŞ-nin növbəti prezidenti ola bilər
Oxot dənizində 200 balıqçı buz kütləsinin üzərində köməksiz qalıb
19:09 28.02.2025
Oxot dənizində 200 balıqçı buz kütləsinin üzərində köməksiz qalıb
"Arsenal" almaniyalı futbolçu ilə danışıq aparır
18:56 28.02.2025
"Arsenal" almaniyalı futbolçu ilə danışıq aparır
Almaniya ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq dayandırılır
18:46 28.02.2025
Almaniya ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq dayandırılır
ETX: Vətəndaşlar “Facebook” üzərindən saxta keçidlərə yönləndirilir
18:33 28.02.2025
ETX: Vətəndaşlar “Facebook” üzərindən saxta keçidlərə yönləndirilir
XİN: Rusiya və ABŞ birbaşa uçuşların bərpası imkanlarını nəzərdən keçirir
18:13 28.02.2025
XİN: Rusiya və ABŞ birbaşa uçuşların bərpası imkanlarını nəzərdən keçirir
Fazil Qasımova 10 il həbs cəzası istənilib
18:01 28.02.2025
Fazil Qasımova 10 il həbs cəzası istənilib
Azərbaycan kinoteatrlarına Özbəkistan istehsalı yeni super-komediya gəlir
17:47 28.02.2025
Azərbaycan kinoteatrlarına Özbəkistan istehsalı yeni super-komediya gəlir
İnfarkt keçirən Özcan Dəniz Bakıda - “Özümü çox yaxşı hiss edirəm” - FOTOLAR
17:33 28.02.2025
İnfarkt keçirən Özcan Dəniz Bakıda - “Özümü çox yaxşı hiss edirəm” - FOTOLAR
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir - FOTOLAR
17:30 28.02.2025
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir - FOTOLAR
ADU-da "Süni intellekt dövründə media: Yeni çağırışlar" mövzusunda tədbir keçirilib - FOTOLAR
17:20 28.02.2025
ADU-da "Süni intellekt dövründə media: Yeni çağırışlar" mövzusunda tədbir keçirilib - FOTOLAR
İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib
17:18 28.02.2025
İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib