Bakı aeroportunda baltalanma hadisəsi baş verib? - AÇIQLAMA

Bakı aeroportunda baltalanma hadisəsi baş verib? - AÇIQLAMA
SOSİAL
13:29 30.12.2022
211
Heydər Əliyev Beynəlxalq Aeroportu parklama ərazisində 1998-ci il təvəllüdlü Ağayev Nicat Fəxrəddin oğlunun qayınatası ilə mübahisəsi zamanı ağır xəsarət aldığı və qayınatasının ona bir neçə balta zərbəsi endirdiyi barədə bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlara münasibət bildirib.

AZXEBER.COM hava limanının mətbuat xidmətinə istinadən xəbər verir ki, baş verən hadisə həqiqəti əks etdirmir.

"Hava limanı ərazisində bu kimi insident qeydə alınmayıb”, – məlumatda qeyd olunub.
OXŞAR XƏBƏRLƏR