Bakı aeroportunda taksilərin nizamsız parklanması tıxac yaradır -Fotolar

Bakı aeroportunda taksilərin nizamsız parklanması tıxac yaradır -Fotolar
SOSİAL
15:54 11.07.2016
1488
Heydər Əliyev Beynəlxalq Hava Limanının avtomobil dayanacağında taksi sürücülərinin avtomobillərini düzgün park etməməsi, yolun hərəkət hissəsində saxlaması süni sıxlığın və tıxacın yaranmasına səbəb olur.
"Report"un məlumatına görə, hava limanına gələn və orada fəaliyyət göstərən taksi sürücüləri münasib olmayan yerlərdə avtomobillərini saxlayırlar. Bu isə hava limanının dayanacağında maşın izdihamına və tıxaca səbəb olur. Bir-birinin ardınca nizamsız düzülən maşınlar əsas yolu da zəbt edir. Nəticədə, yol daralır, sıxlıq yaranır və avtomobil dayanacağına digər avtomobillərin və sərnişinlərin girişinə maneə yaranır.
Belə olan hal isə istər sürücülər, istərsə də piyadaların narazılığına səbəb olur.
OXŞAR XƏBƏRLƏR