Bakı Ağır Cinayətlər Məhkəməsinə müvəqqəti sədr müavini təyin olundu

Bakı Ağır Cinayətlər Məhkəməsinə müvəqqəti sədr müavini təyin olundu
SOSİAL
17:45 08.12.2022
148
Bakı Ağır Cinayətlər Məhkəməsinə müvəqqəti sədr müavini təyin olunub.

Bu barədə AZXEBER.COM-a məhkəmədən məlumat verilib.

Bildirilib ki, bu vəzifəyə həmin məhkəmənin hakimi Zeynal Ağayev təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev dekabrın 7-də vəfat edib.

Z.Ağayev 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində çalışır.
OXŞAR XƏBƏRLƏR