"Bakı" Futbol Klubunun icracı direktoru Yaşar Seyidov İspaniyanın “Atletiko” klubunun futbolçusu Leo Baptistaonun Çempionlar Liqasında Rusiya “Zenit”i ilə oyunda formanı dəyişik salmasına münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
""Atletiko"dakı rəsmi şəxslərlə əlaqə saxlamışam və onlar bildiriblər ki, futbolçu formanı səhv salıb. Leo Baptistao, sadəcə, məşq formasını geyinib. Bu hala görə o klub tərəfindən cəzalandırılıb. Baxmayaraq ki, Leo qol vurub, qaydaları pozduğu üçün cəzasız qalmayıb. Bu, sadəcə, anlaşılmazlıq olub. Ona görə bu hal “Atletiko” ilə “Bakı” əməkdaşlığına kölgə sala bilməz”.