“Bakı” “Atletiko”lu futbolçunun səhvinə münasibət bildirdi

İDMAN
16:50 20.09.2013
1242

"Bakı" Futbol Klubunun icracı direktoru Yaşar Seyidov İspaniyanın “Atletiko” klubunun futbolçusu Leo Baptistaonun Çempionlar Liqasında Rusiya “Zenit”i ilə oyunda formanı dəyişik salmasına münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:  

""Atletiko"dakı rəsmi şəxslərlə əlaqə saxlamışam və onlar bildiriblər ki, futbolçu formanı səhv salıb. Leo Baptistao, sadəcə, məşq formasını geyinib. Bu hala görə o klub tərəfindən cəzalandırılıb. Baxmayaraq ki, Leo qol vurub, qaydaları pozduğu üçün cəzasız qalmayıb. Bu, sadəcə, anlaşılmazlıq olub. Ona görə bu hal “Atletiko” ilə “Bakı” əməkdaşlığına kölgə sala bilməz”.

 

OXŞAR XƏBƏRLƏR