Bakı avtomobil gənc qızı vuraraq öldürdü

Bakı avtomobil gənc qızı vuraraq öldürdü
SOSİAL
22:28 26.12.2020
764
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xocahəsən qəsəbəsində qeydə alınıb.

Yolu keçən 1993-cü il təvəllüdlü Zərnişan İlqar qızını (soyadı dəqiqləşdirilir-red) minik avtomobili vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Onun meyiti aidiyyəti üzrə ekspertizaya təhvil verilib.

Hadisənin təfərrüatı araşdırılır.
OXŞAR XƏBƏRLƏR