Bakı avtovağzalında 30 yaşlı qadından şok hərəkət

Bakı avtovağzalında 30 yaşlı qadından şok hərəkət
Bütün Xəbərlər
14:33 13.09.2013
10255

Bu gün Bakının Binəqədi rayonu ərazisində, Beynəlxalq Avtovağzalda 30 yaşlı qadın özünü öldürmək istəyib. Hüquq-mühafizə orqanlarından verilən əmlumata görə, 1983-cü il təvəllüdlü Valida Cavaşova özünü öldürmək məqsədilə kimyəvi məhlul içib. Qadın huşsuz vəziyyətdə avtovağzalın içindən tapılıb. Dərhal hadisə yerinə təcili yardım çağrılıb. Qadın xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Hazırda qadının hansı səbəbdən intihar etmək istəməsi araşdırılır.//anspress

OXŞAR XƏBƏRLƏR