Bakı avtovağzalında sürücülər arasında qanlı dava - TƏFƏRRÜAT

Bakı avtovağzalında sürücülər arasında qanlı dava - TƏFƏRRÜAT
SOSİAL
12:35 06.10.2016
2936

 

Bakı Beynəlxalq Avtovağzalında baş vermiş bıçaqlanmanın təfərrüatları məlum olub.

Binəqədi rayon Polis İdarəsindən bildirilib ki, müxtəlif dərəcəli bıçaq xəsarətləri alan 33 yaşlı Fərid Atakişiyev taksi sürücüsü olub. Özünə məxsus "Mercedes" markalı avtomobillə taksi xidməti göstərən Fərid dünən saat 18 radələrində hələlik dəqiqləşməmiş səbəbdən digər taksi sürücüsü ilə mübahisə edib. Mübahisə çox keçmədən münaqişəyə çevrilib və "TX 4" markalı (London taksisi) avtomobili idarə edən sürücü bıçaqla F.Atakişiyevə hücum edərək onu bıçaqlayıb. O, hadisədən dərhal sonra ərazidən uzaqlaşıb.

İlkin araşdırmalardan sonra hadisəni törədən şəxsin 1989-cu il təvəllüdlü Taleh Şahbudaqov olması müəyyənləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.

///Lent.az

OXŞAR XƏBƏRLƏR