Paytaxt sakinləri yaranan vəziyyətlə bağlı fikirlərini Baku TV ilə bölüşüblər:
"Belə vandalizmi görəndə sadəcə əsəblərim pozulur. Valideynlər uşaqlarına nəzarət etsinlər".
"Gəlmişik şəkil çəkdirməyə, güllərdən zövq almağa. Amma gördüyümüz vəziyyət heç də yaxşı deyil. Biz təbiətə ziyan vurmamalıyıq, əksinə təbiəti qorumalıyıq", - deyə başqa bir sakin bildirib.
Dənizkənarı Bulvar İdarəsinin əməkdaşı Əkbər Nağızadə isə məsələni belə şərh edib:
"Bunun əziyyəti var: göyərdilməsi, torpağa əkilməsi, quşlardan qorunması. Belə hallar bəzən baş verirdi, amma say olaraq az. Kütləvi şəkildə heç vaxt belə hal baş verməmişdi. Bunun çox hissəsini biz təmizləmişik. Görünüş çox pis görsənir deyə aradan qaldırdıq ki, şəhərə gələn qonaqlarımız bu mənzərə ilə rastlaşmasınlar. Balaca uşağın törətdiyi bir hadisə olmaz. Böyük, ağlı, şüuru yerində olan insanın törətdiyi bir işdir".










































