İran hava məkanında yeni qaydalar

İran hava məkanında yeni qaydalar
DÜNYA
14:30 18.04.2026
152
Fevralın 28-dən sonra ilk dəfə olaraq İranın Mülki Aviasiya Təşkilatı ölkənin hava məkanını qismən mülki uçuşlar üçün açıb. Hazırda yalnız şərq bölgəsində uçuşlara icazə verilir, qərb istiqaməti isə hələ də bağlı qalır.

AZXEBER.COM xəbər verir ki, uçuşların həyata keçirilməsi xüsusi qaydalarla tənzimlənir. Belə ki, təyyarələr İran hava məkanına daxil olmamışdan və çıxmamışdan əvvəl dispetçerlərlə əlaqə saxlamalıdır. Bu qaydaların aprelin 25-dək qüvvədə qalacağı bildirilir.

Eyni zamanda, Tehran şəhərindəki hava limanları da daxil olmaqla, ölkənin bir neçə mülki hava limanı məhdud saatlarla fəaliyyət göstərir və gündə təxminən 11 saat açıq olur.

Xatırladaq ki, regionda gərginlik İran və İsrail arasında baş verən qarşıdurmadan sonra artmışdı. ABŞ-nin də prosesə qoşulması vəziyyəti daha da mürəkkəbləşdirmiş, nəticədə bir sıra ölkələr hava məkanını müvəqqəti bağlamaq məcburiyyətində qalmışdı. 

Manset.az
OXŞAR XƏBƏRLƏR