'Bakı Bulvarında dənizdə çimmək qadağan deyil' - AÇIQLAMA

Bütün Xəbərlər
10:55 09.04.2013
2507

Bakı şəhərinin gəzməli-görməli yerlərindən olan bulvar şəhər sakinlərilə yanaşı, paytaxtın qonaqlarının da üz tutduğu yerdir. Bununla yanaşı, bulvarın müəyyən qadağaları var. Bulvarda itləri ağızlıqsız gəzdirmək olmaz, velosiped sürmək qadağandır. Lakin bunla belə, bulvarda dənizə girib çimməyin qadağan olunması ilə bağlı heç bir işarə yoxdur.

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib ki, bulvar ərazisində dənizə girib çimmək üçün qadağa olmasa da, məsləhət görülmür.

Rəis müavininin sözlərinə görə, bulvar ərazisində çimərlik üçün yer yoxdur. Eyni zamanda bulvar ərazisində su çirklidir və dəniz dərindir:

“Kimsə çimmək istəsə, özünü dənizə atsa, bulvar idarəsi əməkdaşının borcudur ki, onu xilas etsin və ya suyun çirkli olmasını ona başa salsın. O qədər hallar olur ki, kimsə özünü suya atıb çimir. Xilasedicilər və bulvar əməkdaşları onları sudan çıxarır. Bulvar ərazisi çimərlik yox, parkdır. Çimərlik üçün xüsusi yerlər ayrılıb. Bakı buxtası çimərlik hesab olunmur və çimmək məsləhət görülmür”.//milli.az

OXŞAR XƏBƏRLƏR