Bakı bulvarında dənizə düşən şəxs belə xilas edildi - ANBAAN VİDEO

SOSİAL
13:16 13.02.2022
788
Fövqəladə Hallar Nazirliyin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Parkın ərazisində (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 600 m aralı, nəzarətsiz ərazi) 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Bu barədə AZXEBER.COM FHN-ə istinadən xəbər verir.

Dərhal hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilərinin çevik müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
 

Dənizkənarı Milli Parkın ərazisində dənizə düşən şəxsin xilas edilməsinin görüntüləri əldə edilib.

AZXEBER.COM həmin görüntüləri təqdim edir: 


OXŞAR XƏBƏRLƏR