Bakı bulvarında iki nəfər dənizə düşdü

Bakı bulvarında iki nəfər dənizə düşdü
SOSİAL
10:19 05.07.2019
2949
Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində 2 nəfər dənizə düşüb.

AZXEBER.COM xəbər verir ki, FHN-nin "112" qaynar telefon xəttinə Dənizkənarı Milli Park ərazisində 2 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
OXŞAR XƏBƏRLƏR