Bakı bulvarında məktəbli qız dənizə düşdü

Bakı bulvarında məktəbli qız dənizə düşdü
SOSİAL
12:56 26.11.2019
4970
Bakıda dənizə düşən məktəbli qız xilas edilib.

Hadisə bu gün Dənizkənarı Bulvarda baş verib.

Bulvar ərazisində Nəsimi rayon sakini 2004-cü il təvəllüdlü Avcı İlahə Ramazan qızı dənizə düşüb.

Ətrafda olan polislərin köməyi ilə qız sudan çıxarılıb. Yeniyetmə qız təcili tibbi yardım vasitəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.
 
///Unikal.org
OXŞAR XƏBƏRLƏR