Yasamal rayonu, Bakı dairəvi yolunda nəqliyyat vasitələrindən birində yanğın baş verib.
AZXEBER.COM xəbər verir ki, bu haqda DİN məlumat yayıb.
Bu səbəbdən Bakı-Sumqayıt şosesi istiqamətində sıxlıq yaranıb. Hazırda polis və aidiyyəti qurumun əməkdaşları hadisə yerindədir. Sıxlığın aradan qaldırılması məqsədilə işlər görülür.










































