Bakı EYOF-a tam hazırdır - Bu şəxslər ictimai nəqliyyatdan pulsuz istifadə edəcək

İDMAN
16:10 20.07.2019
7297
Gənclər və idman naziri Azad Rəhimov iyulun 21-də Bakıda start götürəcək XV Avropa Gənclər Olimpiya Festivalı (EYOF) zamanı baş tutacaq yarışların keçiriləcəyi 12 idman obyektində olub və onların Festivala hazırlıq səviyyəsini yüksək qiymətləndirib.

Bunu Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova deyib.

Onun sözlərinə görə, EYOF iştirakçıları üçün Atletlər kəndində istirahət və yarışlara hazırlıq məqsədi ilə bütün lazımi şərait yaradılıb:

"Atletlər kəndi qapılarını rəsmi olaraq iyulun 18-də idmançıların üzünə açıb. Bakıya ilk olaraq İspaniya nümayəndə heyəti gəlib. Paytaxta gələn əcnəbi idmançılar öz nömrələrində yerləşdirilir.

Ümumilikdə yeddi bina atletlərin xidmətindədir. Atletlər kəndində sutka boyu fəaliyyət göstərən kafe, əyləncə mərkəzi var. Avropa Festivalında 14-18 yaşlı gənclər yarışacaqlar. Təbii ki, onlar istirahət etmək istəyəcəklər”.  

S.Məmmədova qeyd edib ki, bəzi idmançıların valideynləri övladları ilə birlikdə Azərbaycana turist qismində gəlib. Nazirlik rəsmisi deyib ki, valideynlər Atletlər kəndində övladlarına baş çəkmək üçün ayrıca saatların ayrılması xahişi ilə yarışın təşkilatçılarına müraciət ediblər.

"Biz ilkin olaraq Avropa Festivalında 36 dövlətin nümayəndələrinin iştirak edəcəyini gözləyirdik. Lakin yarışların yaxınlaşması ilə Avropa Olimpiya Komitəsinə yeni müraciətlər daxil olub, nəticədə Bakıya Avropanın 47 ölkəsindən idmançı gəlib. Tərəfimizdən Avropanın bütün dövlətlərinə iştirak etmək üçün dəvət göndərilib”, - deyə S.Məmmədova əlavə edib.

Onun sözlərinə görə, atletlər idman obyektlərinə xüsusi nəqliyyatla çatdırılacaq:

"Bundan başqa, sabah saat 17:00-dan 01:00-dək metronun "28 May” və  "Elmlər Akademiyası” stansiyalarından  açılış mərasiminin keçiriləcəyi Bakı Kristal Zalına ödənişsiz avtobuslar hərəkət edəcək. Bileti olan və akkreditasiyadan keçmiş hər kəs həmin avtobuslardan istifadə edə bilər. Akkreditasiyadan keçənlər Avropa Festivalı çərçivəsində Bakıda ictimai nəqliyyatdan pulsuz istifadə edə bilərlər”.

S.Məmmədova əlavə edib ki, azarkeşlər bütün idman obyektlərində yarışları ödəniş etmədən izləyə biləcəklər. 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:08 07.08.2020

Hikmət Hacıyevin müsahibəsi bir sıra ölkələrin qəzet və xəbər saytlarında dərc edilib - FOTO

23:43 06.08.2020

Rusiyada koronavirus preparatı patentləşdirildi

23:09 06.08.2020

Türkiyədə son sutkada koronavirusdan 14 nəfər ölüb

22:40 06.08.2020

Qoşulmama Hərəkatına üzv ölkələrin QHT-nin virtual əməkdaşlıq şəbəkəsi qurulacaq

22:23 06.08.2020

Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb

22:00 06.08.2020

“Kapitan Nağdəliyev” gəmisinin mexaniki: “Palmali” bir ilə yaxındır ki maaşımızı ödəmir

21:54 06.08.2020

Fransada silahlı şəxs bir neçə nəfəri girov götürüb

21:23 06.08.2020

Ermənistana məxsus daha bir PUA məhv edildi

20:35 06.08.2020

Ceyhun Bayramov Aİ rəsmisini Ermənistanın təxribatı barədə məlumatlandırıb

20:15 06.08.2020

Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsait açıqlanıb

20:01 06.08.2020

Polislər Buzovnada və Dənizkənarı Milli Parkda üç nəfəri boğulmaqdan xilas etdilər - FOTO

19:41 06.08.2020

Azərbaycanda reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlanıb

19:14 06.08.2020

“Azərbaycanın diplomatik nümayəndəliklərinə hücum beynəlxalq məsuliyyət yaradır”

19:07 06.08.2020

Bakının bəzi küçə və prospektlərində tıxac var - FOTO

18:55 06.08.2020

Almaniya və Fransada rekord göstərici

18:37 06.08.2020

Daha bir kafenin sahibi və müştəriləri cərimələndi - FOTO

X Mostbet