Bakı finalını Arşavin şərh edəcək

Bakı finalını Arşavin şərh edəcək
İDMAN
19:02 27.05.2019
3507

Avropa Liqasının Bakıda keçiriləcək final oyunu dünyanın bir çox telekanalı vasitəsilə canlı yayımlanacaq.

Sözügedən ölkədə "Matc TV"nin yayımlayacağı "Çelsi" - "Arsenal" matçının şərhçilərindən biri yerli futbol veteranı Andrey Arşavin olacaq. "Topçular"ın sabiq üzvü jurnalist Timur Juravellə birlikdə həlledici qarşılaşmanı şərh edəcək.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçı yerli vaxtla 23:00-da başlayacaq.

 

qol.az

OXŞAR XƏBƏRLƏR