Bakı-İstanbul təyyarəsi başqa hava limanına endi - AÇIQLAMA

Bakı-İstanbul təyyarəsi başqa hava limanına endi - AÇIQLAMA
SOSİAL
14:47 06.11.2021
1800

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağı büdcəli törəməsi - "Buta Airways"in Bakının Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin İstanbul şəhərinin Sabiha Gökçen Beynəlxalq Hava Limanına uçan sərnişin təyyarəsi əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən şəhərin yeni hava limanına enib.

Bu barədə AZXEBER.COM-a aviaşirkətdən bildirilib.

Məlumata görə, təyyarə yerli vaxt ilə saat 10:50-da uğurlu eniş edib. Əgər hava səraiti imkan versə, avialayner sərnişinləri Sabiha Gökçən aeroportuna daşımaq üçün yenidən havaya qalxacaq.

OXŞAR XƏBƏRLƏR