"Bakı kəndə çevrilməsəydi, qaçqınçılıq düşməsəydi musiqimiz korlanmayacaqdı" - Səidədən qalmaqallı sözlər

"Bakı kəndə çevrilməsəydi, qaçqınçılıq düşməsəydi musiqimiz korlanmayacaqdı" - Səidədən qalmaqallı sözlər
MAQAZİN
17:21 21.06.2022
1244
Tanınmış müğənni Səidə Sultan insanların musiqi zövqünün pozulduğunu deyib. 

AZXEBER.COM  xəbər verir ki, MTV televiziyasında yayımlanan "Tarixin bir günü” adlı verilişin qonağı olan müğənni Səidə Sultan insanların musiqi  zövqünün pozulduğunu deyib: 

"Əgər bu gün sənin Bakın şəhər kimi qalsa idi, qaçqınlıq düşməsə idi, şəhər kəndə çevrilməsəydi, bu gün musiqilər öz pik nöqtəsində olacaqdı. Sənin  şəhərin kəndə çevrilib. Bu, faktdır. Qaçqınlıq düşəndən və müharibədən  sonra şəhərdə şəhərlik qalmayıb. Kənd kəndliyində qalmalıdır, şəhər isə şəhərliyində qalmalıdır. Əgər bu hadisələr baş verməsəydi, hər şey öz yerində olardı. Musiqiçilər estrada da öz sözünü deyərdi”.

Qeyd edək ki, müğənninin bu fikirləri sosial şəbəkə izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub.
 
Oksana Orucova
OXŞAR XƏBƏRLƏR