Paytaxtın ilk özəl tibb mərkəzlərindən olan Bakı klinikası fəaliyyətini dayandırır.
Bununla bağlı özəl informasiya Editor.az-a klinika daxilindəki mənbələrdən daxil olub.
Mənbəmizin sözlərinə görə, Vergilər Nazirliyi Bakı klinikasında vergi yoxlamalarına başlayıb.
Yoxlamaların yekunu olaraq rəhbərlik klinikanın fəaliyyətini dayandırdığı ilə bağlı qərar verib.
Editor.az yayılan informasiyaya yadınlıq gətirmək üçün Bakı klinikasının web-saytında yerləşdirilən telefonlara zəng etsə də, həm şəhərdaxili, həm də mobil nömrələrə etdiyimiz zənglərə cavab verən olmayıb.
Qeyd: Yazı dərc olunandan sonra Bakı klinikasının əməkdaşı redaksiya ilə əlaqə saxlayıb. O, Bakı klinikasının fəaliyyətini dayandırması xəbərini təkzib etsə də,vergi yoxlamalarının həyata keçirildiyini təsdiq edib.