“Bakı Marafonu 2025”in qalibləri müəyyənləşib

“Bakı Marafonu 2025”in qalibləri müəyyənləşib
MARAQLI
12:54 04.05.2025
294
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2025”in qalibləri müəyyənləşib.

AZXEBER.COM xəbər verir ki, "Küləyə qalib gəl” şüarı ilə keçirilən marafonda kişilər arasında yarışın qalibi türkiyəli Atac Sezgin olub.

Rusiyalı Vitali Şafar finiş xəttini ikinci, Türkiyənin digər təmsilçisi Murat Emekdar isə üçnücü keçib.

Qadınların mübarizəsində isə ukraynalı Natalya Semenoviç finişə hamıdan tez çatıb. Azərbaycanı təmsil edən Anna Yusupova ikinci, yaponiyalı atlet Eriko Soma üçüncü yerə layiq görülüb.

Qaliblərə pul mükafatları və medallar təqdim olunacaq. Qeyd edək ki, marafonda 28 minədək iştirakçı qeydiyyatdan keçib.

OXŞAR XƏBƏRLƏR