“Bakı marafonu”na Aygün Kazımova start verdi

“Bakı marafonu”na Aygün Kazımova start verdi
MAQAZİN
11:51 04.05.2025
279
Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2025” start götürüb.

AZXEBER.COM xəbər verir ki, "Küləyə qalib gəl” şüarı altında artıq 8-ci dəfə təşkil olunan yarımarafon Dövlət Bayrağı Meydanından başlayıb. 

Yarışın start işarəsini hər zaman olduğu kimi yenə də Xalq artisti Aygün Kazımova verib. Pop kraliça tədbirə "S.O.S” hiti ilə başlayıb. Kazımova sevənlərinin istəyi ilə bir neçə mahnı oxuyub. Daha sonra start üçün Pop kraliça silahı atıb.

Marafonda sənət aləminin tanınmış simaları da iştirak edirlər.

21 kilometrlik məsafəni əhatə edəcək yarışmanın finişi də Dövlət Bayrağı Meydanında olacaq.

Layihə idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.

Qeyd edək ki, "Bakı marafonu” 2016-cı ildən etibarən ənənəvi olaraq təşkil olunur. Bu, Aygün Kazımovanın sayca beşinci start fitini verməsidir.
OXŞAR XƏBƏRLƏR