Bakı məktəblərində narazılıq

Bakı məktəblərində narazılıq
SOSİAL
22:19 27.02.2017
985

 

Bakı məktəblərində ibtidai sinif müəllimləri yenidən imtahan edilir.

Ibtidai sinif müəllimlərinə imla yazdırılır və bu proses hər bir məktəbin "Azərbaycan dili-Ədəbiyyat” fənni müəllimləri tərəfindən həyata keçirilir. 

Bir müəllimin digər müəllim tərəfindən yoxlanılması məktəblərdə narazılıqlara səbəb olub.  

Paytaxtın müxtəlif məktəblərindən bildiriblər ki, məktəblərdə ibtidai sinif müəllimlərinin imla yazmaq qabiliyyətini yoxlamaq üçün tapşırıq verilib. 

Bildirilib ki, bununla bağlı məktəblərə rəsmi və ya yazılı şəklidə, əmr formasında heç bir göstəriş daxil olmayıb: "Sadəcə, məktəb rəhbərliyi bildirib ki, bu proses Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tapşırığı əsasında keçirilir. İbtidai sinif müəllimlərinin yazdığı imlaları isə məktəbin "Azərbaycan dili-Ədəbiyyat” fənni müəllimləri yoxlayacaq. 

Bu da məktəblərdə müəyyən söz-söhbətlərə səbəb olub. Haqlı olaraq etiraz edilir ki, nəyə görə ibtidai sinif müəlliminin bilik səviyyəsini digər fənn müəllimi yoxlamalıdır? İstənilən halda hər ikisi müəllimdir. Onların belə formada yoxlanılması ibtidai sinif müəllimini aşağılamaqdır. Yoxlama keçirilsə, bu, məktəbin müdiriyyəti, Təhsil şöbəsi və ya idarəsi səviyyəsində keçirilməlidir. İmlaların yazılmasına heç kim etiraz etmir. Sadəcə, imlanın məktəbin digər müəllimi tərəfindən yoxlanılması, bir müəllimin digərinin bilik səviyyəsini yoxlaması nə dərəcədə düzgündür? Niyə hansısa fənn müəllimi ibtidai sinif müəllimini yoxlamalıdır? Bu hansı qaydaya uyğundur?"

Müəllimlər əlavə edib ki, göstərişə əsasən, imlalar yuxarı siniflər səviyyəsində və müdiriyyətin istədiyi mövzu üzrə yazılmalıdır.

"IX-X-XI siniflərdə imlalar hansı qaydada yazılırsa, ibtidai sinif müəllimləri də o formada yazmalıdırlar. Bu imlaların yazılması IX sinif şagirdlərin göstərdiyi nəticələrin aşağı olması ilə izah edilir. Buraxılış siniflərində nəticələrin aşağı olmasının ibtidai sinifdən qaynaqladığını əsas götürərək bu proses icra edilir. Müəllimlərə imla yazdırırlar ki, onların özlərinin imla yazmaq bacarıb-bacarmadıqlarını üzə çıxarsınlar”, - deyə qeyd olunub.

Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov bildirib ki, ibtidai sinif müəllimlərinin narazılıqları haqlıdır. 

Onun sözlərinə görə, bir müəllimin işinin digər müəllim tərəfindən yoxlanılması yanaşma tərzi deyil: 

"Çünki obyektiv əsaslarla yoxlanma zamanı əvvəlcədən müəyyən edilmiş ixtisaslı yoxlayıcılar olmalıdır. Eyni müəssisədə bir müəllim digər həmkarı tərəfindən yoxlana bilməz. Bu, qiymətləndirmənin prinsiplərinə ziddir. Başqa məktəbdən və ya qabaqcadan müəyyən edilən konkret şəxslər tərəfindən yoxlama həyata keçirilə bilər.

Danılmaz faktdır ki, bu gün Bakı şəhərində olan 307, istərsə də Azərbaycandakı 4481 məktəbin daxilində müəllimlər arasında müəyyən konfliktlər, problemlər, ziddiyyətlər var. Bu da qiymətləndirməyə ciddi təsirini göstərəcək. Nəticədə, obyektivlik gözlənilməyə bilər. Bu və ya digər səbəblərdən ibtidai sinif müəllimləri haqlıdırlar”.

Təhsil eksperti Şahlar Əsgərov bu prosesin müəllimlərin bilik səviyyəsinin yüksəldilməsinə yönəldiyini deyib. Onun sözlərinə görə, əgər belə imtahanlar olmasa, heç bir müəllim öz üzərində işləməz: 

"Bu gün Azərbaycanda orta və ali məktəblərdəki problemlərin həlli müəllimlərin səviyyəsinin artmasından asılıdır. İbtidai sinif müəllimi həmin məktəbin müəllimi tərəfindən yoxlanılırsa, bu bir etibarlılıq nümunəsidir. Həmin məktəbin müəlliminə etibar edilib ki, məktəbdaxili yoxlama həyata keçirsin. 

Özünüz-özünüzü imtahan edin, səhvinizi üzə çıxarın, onların üzərində işləyin. Bu ictimai proseslərdə hər cür yanaşma ola bilər. Burada müəllimlərin inciməsinə səbəb yoxdur. Çünki cəmiyyət bu cür - qarşılıqlı etibar, birgə əməkdaşlıq nəticəsində inkişaf etməlidir”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.


///APA
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Elvinin klipi üç gündə trend oldu
15:00 28.05.2025
Elvinin klipi üç gündə trend oldu
Xalq artistinin nəvəsinə yüksək vəzifə verildi
14:58 28.05.2025
Xalq artistinin nəvəsinə yüksək vəzifə verildi
Azərbaycanda məktəbli qəfil öldü
14:46 28.05.2025
Azərbaycanda məktəbli qəfil öldü
Hakan Fidan sabah Ukraynaya səfər edəcək
14:44 28.05.2025
Hakan Fidan sabah Ukraynaya səfər edəcək
Şəhid fotolarının qarşısında rəqs edən Nəfəs tənqid olundu - VİDEO
14:42 28.05.2025
Şəhid fotolarının qarşısında rəqs edən Nəfəs tənqid olundu - VİDEO
Türkiyə Prezidenti Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib
14:32 28.05.2025
Türkiyə Prezidenti Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib
"Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib"
14:31 28.05.2025
"Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib"
Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşü keçirilir
14:22 28.05.2025
Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşü keçirilir
Rusiyanın müdafiə naziri: Regiondankənar qüvvələr Cənubi Qafqazda fəallaşır
14:13 28.05.2025
Rusiyanın müdafiə naziri: Regiondankənar qüvvələr Cənubi Qafqazda fəallaşır
Ərdoğan: Füzulidən sonra Laçında hava limanının açılması böyük addımdır
13:56 28.05.2025
Ərdoğan: Füzulidən sonra Laçında hava limanının açılması böyük addımdır
Laçında İlham Əliyevlə Ərdoğan arasında təkbətək görüş başlayıb
13:49 28.05.2025
Laçında İlham Əliyevlə Ərdoğan arasında təkbətək görüş başlayıb
Lerikdə meşədə narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb
13:27 28.05.2025
Lerikdə meşədə narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb
Lənkəranda marketdə partlayış olub, satıcı xəsarət alıb
13:15 28.05.2025
Lənkəranda marketdə partlayış olub, satıcı xəsarət alıb
Hikmət Hacıyev Laçından görüntülər paylaşdı - VİDEO
13:08 28.05.2025
Hikmət Hacıyev Laçından görüntülər paylaşdı - VİDEO
Elvin "Şah və mat"ı trend oldu - VİDEO
12:57 28.05.2025
Elvin "Şah və mat"ı trend oldu - VİDEO
Azərbaycan və Türkiyə liderləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanış olublar
12:56 28.05.2025
Azərbaycan və Türkiyə liderləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanış olublar