Bakı merinin 24 illik videosu vəkili dilə gətirdi - VİDEO

Bakı merinin 24 illik videosu vəkili dilə gətirdi -  VİDEO
SOSİAL
11:02 14.05.2016
2323
1992-ci il 12 aprel tarixində Azərbaycan parlamentinin önündə ümummilli lider Heydər Əliyevin tərəfdarlarının keçirdiyi mitinqdən ötən gün yayılan video ilə bağlı aksiya iştirakçılarından reaksiyalar gəlməyə başlayıb.
Tanınmış hüquq müdafiəçisi Səməd Vəkilov aksiyada iştirak etdiyini və o dövrü yaxşı xatırladığını bildirib:
“Videodan da göründüyü kimi, həmin vaxt biz Konstitusiyaya qərəzli olaraq, Heydər Əliyevin prezidentliyə namizədliyinin qarşısını almaq üçün salınan yaş senzi ilə bağlı maddəyə etiraz üçün ora yığışmışdıq. 12 aprel 1992-ci il tarixli mitinq bizim ilk aksiyamız idi. Tələbə idim, 17 yaşım vardı və bu aksiyaya bir çox əqidədaşım olan gənclə qoşulmuşduq”.
Səməd Vəkilov mitinqin hazırkı Bakı meri Hacıbala Abutalıbov tərəfindən təşkil edilmədiyini də diqqətə çatdırıb:
“Mitinqi Hacıbala Abutalıbov deyil, Əlincə Xeyriyyə Cəmiyyəti təşkil etmişdi. Biz gənclər ora BDU-nin Mexanika-riyaziyyat fakültəsinin tələbəsi Sadiq Qurbanovun təşəbbüsü və təşkilatçılığı ilə qatılmışdıq. Sadiq Qurbanov sonradan Yeni Azərbaycan Partiyası yaradılanda Gənclər Təşkilatının ilk sədri oldu”.
S.Vəkilov Heydər Əliyevə qarşı ədalətsizliyi daim tənqid etdiyini, YAP Gənclər Təşkilatının ilk qurucularından olduğunu da xatırladıb:
“Ancaq Heydər Əliyev hakimiyyətə qayıdandan sonra YAP-a böyük bir axın başladı və doğrusu, o dövrdə biz buna qarşı çıxdıq. Hesab edirdik ki, bu axın heç də siyasi əqidəyə görə deyil və buna etiraz olaraq mən siyasi fəaliyyətimi dayandırdım”.
S.Vəkilov heç bir təmənna güdmədən, əqidə baxımından əliyevçi olan həmin dövr gənclərinin bir çoxunun kənarda qaldığını bildirib:
“O vaxt Hacıbala Abutalıbovu biz kvant fizikası üzrə professor, əqidədaşımız kimi tanıyırdıq. Təəssüf ki, H.Abutalıbov vəzifəyə təyinat alandan sonra tamam dəyişdi, o dövrün əziyyətləri, hədələri içində çəkinmədən mübarizə aparan gənc əliyevçiləri tamam unutdu, əsl bürokrat məmur oldu”.
Xatırladaq ki Azərbaycan Respublikasının o vaxt qüvvədə olan Konstitusiyanın 121-ci maddəsində prezident seçkisində iştirak üçün yuxarı yaş həddi müəyyən edilərək, Heydər Əliyevin seçkilərdə iştirakını önləməyə çalışırdılar. Ancaq xalqın tələbi ilə bu qadağa aradan qaldırıldı.(axar.az)
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Messi və Suares futbol klubu təsis ediblər
02:50 28.05.2025
Messi və Suares futbol klubu təsis ediblər
Görmək istədiyimiz Azərbaycan efirləri - Hacıbəy Heydərli yazır
02:27 28.05.2025
Görmək istədiyimiz Azərbaycan efirləri - Hacıbəy Heydərli yazır
KİV: İsrail və Suriya bir neçə dəfə danışıqlar aparıb
01:49 28.05.2025
KİV: İsrail və Suriya bir neçə dəfə danışıqlar aparıb
İlham Əliyev Müstəqillik Günü münasibətilə paylaşım edib
00:48 28.05.2025
İlham Əliyev Müstəqillik Günü münasibətilə paylaşım edib
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
00:04 28.05.2025
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Dövlət Departamenti: Yaxın vaxtlarda ABŞ-İran danışıqlarının növbəti raundu baş tutacaq
23:41 27.05.2025
Dövlət Departamenti: Yaxın vaxtlarda ABŞ-İran danışıqlarının növbəti raundu baş tutacaq
Bakıda iş adamı Naxçıvan sakininin üstünə maşın sürərək yaralayıb - Hadisənin TƏFƏRRÜATI
23:24 27.05.2025
Bakıda iş adamı Naxçıvan sakininin üstünə maşın sürərək yaralayıb - Hadisənin TƏFƏRRÜATI
ABŞ vətəndaşlarını bu ölkəyə getməməyə çağırdı
23:16 27.05.2025
ABŞ vətəndaşlarını bu ölkəyə getməməyə çağırdı
Almaniya XİN rəhbəri: Avropa Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə davam edəcək
22:58 27.05.2025
Almaniya XİN rəhbəri: Avropa Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə davam edəcək
Prezident Laçın səfərindən görüntülər paylaşdı - VİDEO
22:51 27.05.2025
Prezident Laçın səfərindən görüntülər paylaşdı - VİDEO
Xarici tələbələrin ABŞ-də təhsil alması sərtləşdirilir
22:34 27.05.2025
Xarici tələbələrin ABŞ-də təhsil alması sərtləşdirilir
Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatının 1/4 mərhələsinə yüksəlib
22:23 27.05.2025
Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatının 1/4 mərhələsinə yüksəlib
Litva Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb
22:14 27.05.2025
Litva Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
21:54 27.05.2025
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
Məhkəmə Hüseynlə bağlı qərar verdi
21:38 27.05.2025
Məhkəmə Hüseynlə bağlı qərar verdi
Polşa Prezidenti: Azərbaycan ilə bir çox sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyirik
21:29 27.05.2025
Polşa Prezidenti: Azərbaycan ilə bir çox sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyirik