Bakı Metropoliteni gücləndirilmiş iş rejiminə keçdi - açıq havada iş qadağan edildi

Bakı Metropoliteni gücləndirilmiş iş rejiminə keçdi - açıq havada iş qadağan edildi
SOSİAL
17:34 16.01.2019
7401
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti ölkə ərazisində gözlənilən ifrat təhlükəli hava şəraiti ilə bağlı gücləndirilmiş iş rejiminə keçib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədov bildirib ki, ölkə ərazisində gözlənilən kəskin hava şəraiti, güclü küləklə əlaqədar "Bakı Metropoliteni" QSC-də açıq hava şəraitində olan bütün təsərrüfat sahələrində müvafiq tədbirlər görülüb:

"Xəbərdarlıqla əlaqədar yerüstü təsərrüfat sahələrinə baxış keçirilib, küləyin təsirinə məruz qala biləcək qurğu və avadanlıqlar yoxlanılıb.
Yanvarın 17 və 18-də açıq havada hündürlükdə, kranda işlərin icrası qadağan edilib. Bundan əlavə, yerüstü sahədə yerləşən "Nərimanov" elektrik deposunda müvafiq tədbirlər görülüb, gücləndirilmiş iş rejimi tətbiq olunub".
OXŞAR XƏBƏRLƏR