Bakı Metropolitenində bir qadın uşaq dünyaya gətirib

Bakı Metropolitenində bir qadın uşaq dünyaya gətirib
SOSİAL
09:04 08.08.2025
233
Bu gün saat 07:40 radələrində Bakı Metropoliteninin "20 Yanvar” stansiyasında bir qadın uşaq dünyaya gətirib.

AZXEBER.COM xəbər verir ki, bu haqda Bakı Metropoliteninin Mətbuat Xidməti məlumat yayıb.

Hadisə zamanı stansiya əməkdaşları tərəfindən qadına ilkin yardım göstərilib.

Çağırılmış təcili tibbi yardım briqadası stansiyaya gələrək zəruri tibbi müdaxilə edib. Qadın sağlam şəkildə övladını dünyaya gətirib.

İlkin məlumata əsasən, ana və körpənin vəziyyəti qənaətbəxş hesab olunur. Onlar saat 08:06-da stansiyadan xəstəxanaya aparılıblar.
OXŞAR XƏBƏRLƏR