"Bakı Metropoliteni"ndən gediş haqqı ilə bağlı AÇIQLAMA

"Bakı Metropoliteni"ndən gediş haqqı ilə bağlı AÇIQLAMA
SOSİAL
12:46 09.09.2025
374
Son günlər ictimaiyyətdə Bakı metrosunda gedişhaqqının artırılacağı ilə bağlı müzakirələr gündəmə gəlib.

AZXEBER.COM xəbər verir ki, sosial şəbəkələrdə və ictimai rəydə qiymətlərin dəyişəcəyi ilə bağlı fərqli fikirlər səslənir.

Bəzi ekspertlər artım ehtimalını qaçılmaz sayır, digərləri isə mövcud tariflərin saxlanılmasının vacibliyini vurğulayır.

Məsələ ilə bağlı cavab olaraq "Bakı Metropoliteni" QSC-dən bildirilib ki, qurumun metro nəqliyyat növündə gediş haqqı tariflərini tənzimləmək səlahiyyəti yoxdur: "Həmçinin "Bakı Metropoliteni" QSC-də tariflərə yenidən baxılması barədə hər hansı məlumat mövcud deyil".
OXŞAR XƏBƏRLƏR