Əmək pensiyaları artırılacaq - Bu tarixdən

Əmək pensiyaları artırılacaq - Bu tarixdən
İQTİSADİYYAT
16:56 09.09.2025
2226
Azərbaycanda pensiyalar sonuncu dəfə 2025-ci il yanvarın 1-dən indeksləşdirilərək 8,1% artırılıb və bu artım təxminən 1,1 milyon pensiyaçıya şamil olunub. Eyni zamanda minimum pensiya məbləği 280 manatdan 320 manata çatdırılıb.

Sosial müavinətlərin məbləğləri isə 2025-ci il iyulun 1-dən Prezident İlham Əliyevin 2024-cü il 23 dekabr tarixli Sərəncamına əsasən artırılıb.

Azərbaycanda pensiya və sosial müavinət artımları ilə bağlı Metbuat.az-ın sualına cavab olaraq Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov bildirib ki, gələn ildən etibarən əmək pensiyaları indeksləşdirilərək artırılacaq:

Yeni sistem büdcəyə nəzarəti gücləndirəcək - 

"Bu, "Əmək pensiyaları haqqında" qanunun tələblərinə uyğundur və artıq növbəti ilin yanvarından etibarən 2025-ci ildə orta aylıq əmək haqqındakı artım faizinə uyğun olaraq bütün növ əmək pensiyaları artırılacaq. Bu artımlar əmək pensiyası alan bütün vətəndaşlar üçün nəzərdə tutulur. Söhbət 100 min-dən artıq vətəndaşın pensiyasının indeksləşdirilərək artırılmasından gedir. Həm yaşa görə, həm əlilliyə görə, həm də valideyn itirməyə görə əmək pensiyası alan vətəndaşların pensiya məbləği gələn ildən etibarən indeksləşdirmə nəticəsində artacaq".

Millət vəkili qeyd edib ki, sosial qanunvericiliyin mütəmadi təkmilləşdirilməsi Milli Məclisin əsas fəaliyyətlərindən biridir:

"Əmək və sosial siyasət komitəsi tərəfindən müzakirə edilən qanun layihələri və gələcəkdə müzakirəyə çıxarılacaq layihələr birbaşa sosial təminatın və müdafiənin gücləndirilməsinə, həmçinin bu istiqamətdə qanunverici bazanın təkmilləşdirilməsinə xidmət edir. Bütövlükdə qanunvericiliyin təkmilləşdirilməsi əsas prioritet olaraq qalır və bununla bağlı mütəmadi təkliflərin təqdimatı və layihələrin müzakirəsi müşahidə olunur. Sözsüz ki, artımların, xüsusən də əməkhaqqı və pensiya artımlarının müəyyən edilməsi Milli Məclisin səlahiyyətinə daxil deyil. Cənab Prezident tərəfindən sərəncam imzalandıqdan sonra qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılır. Milli Məclis bu istiqamətdə qanunvericiliyi formalaşdırır. Minimum pensiya ilə bağlı qanun minimum əmək haqqı ilə əlaqələndirilir", - deyə Vüqar Bayramov əlavə edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
18:43 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Göygöldə Zəfər Günü qeyd olunub
18:41 08.11.2026
Göygöldə Zəfər Günü qeyd olunub
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib