Bakı metrosuna nəzarət gücləndirilib

SOSİAL
10:00 05.04.2016
2177
Bakı Metropolitenində mühafizə və təhlükəsizlik tədbirləri gücləndirilib.
Dünən Bakının mərkəzindəki ticarət mərkəzində ("28 Mall"da) yaşanan bomba panikasından sonra bu gün metro stansiyalarında böyük yoxlamalar başlayıb.
Metroların girişlərində diqqətli yoxlamalar ciddi sıxlıq yaranmasına səbəb olub. Hər bir kəsdən əllərindəki əşyaları göstərməyi tələb edirlər, detektorlarla üstlərini arayırlar.
Hər stansiyada mülki geyimli polis əməkdaşları da dayanıb.
Qeyd edək ki, dünən axşam saatlarında "28 Mall" ticarət mərkəzində bomba həyəcanı yaşanmışdı. Lakin 1 saata yaxın gedən axtarışlar nəticəsində bomba tapılmamışdı.
///musavat.com

OXŞAR XƏBƏRLƏR